Bütün xəbərlər
29 noyabr, 12:26

“Respublika fənn müsabiqələri 2015-ci ildən etibarən VI-VII sinif şagirdləri arasında keçirilir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev respublika fənn müsabiqələri qaliblərinin bu gün Bakı Ali Neft Məktəbində keçirilən mükafatlandırılma mərasimində deyib.

Onun sözlərinə görə, qalib şagirdlər lisey və gimnaziyalara müsabiqədənkənar daxil olmaq imkanı qazanırlar ki, bu da müsabiqənin əsas üstünlüklərindəndir. Onlar həmçinin beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə cəlb edilirlər.

F.Qarayev müsabiqədə ümumilikdə 43 111 şagirdin iştirak etdiyini açıqlayıb: “Yarımfinal mərhələsinə vəsiqə qazanan şagirdlərin sayı 8800 nəfər olub. Respublika üzrə 307 şagird respublika fənn müsabiqəsinin qalibi adını qazanıb”.

F. Qarayev əlavə edib ki, onlardan 58 nəfər qızıl, 95 nəfər gümüş, 154 nəfər bürünc medala layiq görülüb:

“Sevindirici haldır ki, hər il müsabiqələrdə iştirak edən qızların sayı artır. Bu il qaliblərdən 189 nəfəri oğlan, 118 nəfəri qız olub”.

Elm və Ttəhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin əhəmiyyəti, təhsilin inkişafına verdiyi töhfələr barədə danışıb. 

O, bu müsabiqələrin istedadlı şagirdlərin üzə çıxarılması və ölkəmizin gələcək elmi kadr potensialının formalaşması baxımından xüsusi önəm daşıdığını vurğulayıb. Çıxışının sonunda şagirdlərin bu cür bilik yarışları ilə yalnız elm deyil, dünyagörüşü qazandıqlarını da bildirərək qalibləri təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bu cür tədbirlərin şagirdləri gələcəyə stimullaşdırdığını vurğulayaraq, bu yarışlarda yalnız qalibiyyətin deyil, iştirakın də əhəmiyyətli olduğunu bildirib.

Daha sonra mükafatlandırma mərasiminə ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov şagirdləri təbrik edib.
 

1 /8

Şərhlər

Xəbər lenti

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.