Bütün xəbərlər
29 noyabr, 13:29

Noyabrın 28-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclası keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, iclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq 3 ali təhsil müəssisəsində (Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı) “İbtidai sinif müəllimliyi” ixtisası üzrə yekunlaşmış proqram akkreditasiya qiymətləndirilməsinin, 4 ali təhsil müəssisəsində (ADA Universiteti və Corc Vaşinqton Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Ege Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti, Bakı Mühəndislik Universiteti və Inha Universiteti) yekunlaşmış Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli, 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyələşdirilən 11 ikili diplom proqramları üzrə akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış yekun hesabatlar təqdim edilib.

Səsvermənin nəticələrinə uyğun olaraq, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə Naxçıvan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının proqram akkreditasiya nəticələri “qismən uyğundur”, Gəncə Dövlət Universitetinın proqram akkreditasiya nəticəsi isə “uyğun deyildir” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnamələrinin müddətinin növbəti 2 il müddətinə uzadılması və hər üç ali təhsil müəssisəsinin təhsil proqramının 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.

İkili diplom proqramları çərçivəsində səsvermənin nəticələrinə uyğun olaraq, ADA Universiteti və Corc Vaşinqton Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Ege Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti, Bakı Mühəndislik Universiteti və Inha Universiteti arasında həyata keçirilən 11 ikili diplom proqramları üzrə proqram akkreditasiya qiymətləndirilməsinin nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.