Bütün xəbərlər
2 dekabr, 13:14

ADA Universiteti Qazax Mərkəzi II Regional Pedaqoji İnnovasiyalar Forumuna sənəd qəbulu elan edir.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Forum tanınmış maarifçi, Qazax Müəllimlər Seminariyasının banisi Firidun bəy Köçərliyə və onun timsalında müəllimlik peşəsinə həsr olunur və hər il 26 yanvarda - onun anadan olduğu tarixdə keçirilməsi planlaşdırılır.

Pedaqoji İnnovasiyalar Forumu Qazax Müəllimlər Seminariyasının tarixi ənənəsinə sadiq qalmaqla, maarifçilik hərəkatının varisliyini təmin edərək təhsil sisteminin modernləşdirilməsi və keyfiyyətinin artırılmasına töhfə vermək məqsədi daşıyır. Forum Azərbaycanın regionlarında işləyən müəllimlərin qabaqcıl pedaqoji təcrübələrini bölüşmələri üçün platforma yaratmaq məqsədi daşıyır.

Pedaqoji İnnovasiyalar Forumunda liderlik, keyfiyyətin təminatı, qiymətləndirmənin təşkili, planlaşdırma, distant, inklüziv və xüsusi təhsil idarəçiliyi, peşə təhsili və s. mövzularda geniş panel müzakirələri, təcrübə mübadiləsi kimi fərdi təqdimatlar yer alacaqdır.

Forum aşağıdakı mövzular üzrə təcrübədən keçmiş pedaqoji yeniliyin (ideyaların aydın şəkildə təsvirinin) qəbulunu elan edir:

Təlim və tədrisin təşkilində tənqidi təfəkkür və yaradıcılığı inkişaf etdirən üsulların tətbiqi;

Müasir məktəb idarəçiliyi: əməkdaşlıq, kommunikasiya;

Peşəkar inkişafın tədrisin keyfiyyətinin artırılmasında rolu; 

Məktəblərdə Azərbaycan dili və ədəbiyyatı dərslərinin tədris keyfiyyətinin yüksəldilməsinin praktiki yolları.

Qeyd: Tətbiq olunmuş pedaqoji yeniliyin təsvirinin təqdim edilməsi foruma qeydiyyatdan keçmək üçün əsas hesab olunmur. Forumda iştirak etməyi planlaşdıran hər kəs qeydiyyat prosesini tamamlamalıdır.  

Pedaqoji yeniliyin təqdimatı:

Təqdimatı aşağıda təqdim olunan şərtlərə uyğun tərtib edib e-poçtun mövzu hissəsində adınızı qeyd etməklə 23 dekabr 2024-cü il tarixinədək  bmm@ada.edu.az elektron poçt ünvanına göndərin.

Təqdim olunan sənəddə aşağıdakılar göstərilməlidir:

• başlıq, tam adı (adları);

• aid olduğunuz müəssisənin adı;

• cari vəzifəniz;

• e-poçt ünvanı.

Təqdimat üçün təlimatlar:

• Pedaqoji yeniliyin təsvirinin forum mövzularından biri ilə əlaqəsi aydın şəkildə izah edilməlidir

• Təqdim olunan pedaqoji yenilik metodiki təcrübəyə əsaslanmalıdır

• Təsvirin mütləq şəkildə - təsvir, təhlil və tövsiyələr komponentləri olmalıdır

• Təcrübənin təhlili müsbət və təkmilləşdirilməli məqamların müəyyənləşdirilməsini əhatə edir.Təhlildə isə verilənlərdən istifadə olunaraq ideyalara üstünlük veriləcək.

• Təhlildən irəli gələn təkliflər olmalıdır. Təkliflər konkret və həyata keçirilə bilən olmalıdır.

• Təsvir “Word” formatında, “Times New Roman” - 12 şrift ölçüsü ilə,

maksimum 500 sözdən ibarət olmalıdır

• Söz limitini keçən təqdimatlar seçimə buraxılmayacaqdır

• Eyni mövzu ilə bir neçə təqdimatçı ola bilər

Təqdim olunmuş pedaqoji yenilik təsvirlərinin dəyərləndirilməsi üçün meyarlar:

a) Uyğunluq: Təqdim olunmuş mövzunun forumun mövzusu ilə əlaqəli olması

b) Təcrübə və təhsil əsaslı: Təqdim olunan pedaqoji yeniliyin təcrübi əsasları və məntiqi təhlilinin olması

c) Nəticə: Əldə edilmiş nəticənin ümumilikdə təhsilin təkmilləşməsinə töhfəsinin izah olunması

d) Praktiklik: Pedaqoji yeniliyin tətbiqindən irəli sürülən təkliflərin icrasının mümkün olması

e) Yazı üslubu: elmi meyarlar, fikir vahidliliyi, fikir axıcılığı, əsaslandırma da daxil olmaqla dil normalarına riayət olunması

Təqdim olunmuş işlər Forumun İcraçı Komitəsi tərəfindən yuxarıda qeyd olunan meyarlar əsasında dəyərləndiriləcək və seçim aparılacaq.

Ən maraqlı və orijinal pedoqoji ideyaların müəllifləri ADA Universitetinin Beynəlxalq Təhsil Konfransında işlərini təqdim etmək imkanı qazanacaqlar.

Qeydiyyat və iştirak üzrə tələblər və seçim meyarları:

- Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında işləyən orta məktəblərin müəllim və direktorları;

- İştirakçı sayı 100 nəfər nəzərdə tutulub, onlayn şəkildə ilk qeydiyyatdan keçən 100 nəfərin iştirakı sistem tərəfindən qəbul olunacaqdır. Konfransda iştirak etmək üçün 20 AZN məbləğində qeydiyyat ödənişi tətbiq olunacaq.  

- Foruma qeydiyyat üçün son tarix 16 dekabr 2024-cü ildir. Müraciət üçün keçid:https://forms.office.com/r/TN2MgXzTMy

Əlaqə:

Suallarınızı: bmm@ada.edu.az elektron poçt ünvanına göndərə bilərsiniz.

1 /1

Şərhlər

Xəbər lenti

16 iyul, 20:46

İsmayıllı məktəbinin bir sinfinin 4 şagirdi qızıl nişan alıb

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.