Bütün xəbərlər
6 dekabr, 14:26

Bakı şəhəri Maştağa qəsəbəsinin Savalan yaşayış massivində 349 nömrəli uşaq bağçası istifadəyə verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, açılış tədbirində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, İdarənin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İ.Rəsulova uşaq bağçasının fəaliyyətinə uğurlar arzulayıb və ölkəmizdə məktəbəqədər təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Şöbə müdiri uşaq bağçalarının işinin yüksək tələblər səviyyəsində təşkili istiqamətində atılan addımlara diqqət çəkib və məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, müasir uşaq bağçalarının inşası sahəsindəki fəaliyyətin daha da genişləndirildiyini bildirib.  

Sonda qonaqlar bağçada yaradılmış şəraitlə tanış olub, qruplara baxış keçiriblər.

Qeyd edək ki, yeni istifadəyə verilən 100 yerlik uşaq bağçasında hazırda 75 uşağın təlim tərbiyəsi ilə 8 pedaqoji işçi məşğul olur.

Onu da qeyd edək ki, 2024-cü ildə paytaxt üzrə yeni tikilmiş və əsaslı təmir olunmuş 8 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.

1 /8

Şərhlər

Xəbər lenti

5 avqust, 09:47

Türkiyənin Tibb Elmləri Universitetinin Tibb fakültəsinə qəbul başlayıb

5 avqust, 09:29

14 yaşlı Avropa çempionu: Məqsədim dünya çempionu olmaqdır

4 avqust, 22:46

Bu universitetə yeni prorektor təyin olunub 

4 avqust, 21:39

Ucarda bağça müdiri fəaliyyətindəki nöqsanlara görə vəzifəsindən azad edilib

4 avqust, 21:08

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

4 avqust, 20:04

Nurlan İsmayılbəyli: “Faktiki yaşayış yeri” meyarı ucqar kəndlərdə keyfiyyətli kadr təminatına dəstək olacaq

4 avqust, 18:19

ARTİ riyaziyyat olimpiadası ilə bağlı məsələyə münasibət bildirdi

4 avqust, 18:07

Süni intellekt əsaslı neyron şəbəkə texnologiyalarının təhsil proseslərinə təsiri

4 avqust, 18:02

Fuad Qarayev: İki şagirdimizin ilk 100-lükdə yer alması sistemli yanaşmanın nəticəsidir – MÜSAHİBƏ 

4 avqust, 16:55

TKTA 3 peşə üzrə nəzəri imtahan keçirib

4 avqust, 16:43

Rezidenturaya qəbul imtahanı verəcək namizədlərin NƏZƏRİNƏ!

4 avqust, 15:51

20 məktəbdənkənar müəssisənin rəhbərinə intizam tənbehi verilib

4 avqust, 15:43

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib

4 avqust, 15:05

MDU-da əlavə təhsil almaq istəyənlər üçün müsahibə keçirilə bilər

4 avqust, 14:45

Samir Babayev: Avqustun sonunda tam heyətlə Qarabağa köçəcəyik

4 avqust, 14:41

ADNSU-nun 5 tələbəsi TİKA ilə əməkdaşlıq çərçivəsində Türkiyədə təlimlərdə iştirak edir

4 avqust, 14:31

İnklüziv təhsil meridianı 

4 avqust, 14:12

ADA Universitetinin məzunlarının məşğulluq göstəricisi 90 faiz olub

4 avqust, 13:56

Kosmik hava durumu və proqnozu açıqlanıb

4 avqust, 13:11

“Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.