Bütün xəbərlər
4 avqust, 18:02

Bir zamanlar informatika dərsləri yalnız kompüterin düymələrini tanımaqla başlayırdı. Bu gün isə Azərbaycan məktəbliləri süni intellektin dilini anlayır, beynəlxalq olimpiadalarda kodlarla yarışır və dünya miqyasında tanınırlar.

Cari ilin 27 iyul – 3 avqust tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində keçirilən 37-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI 2025) bu reallığın bariz sübutuna çevrildi. Azərbaycan komandası adıçəkilən nüfuzlu elmi yarışdan 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazandı. Daha qürurverici məqam isə odur ki, iki şagirdimiz dünya məktəbliləri arasında ilk 100-lükdə yer aldı.

Bu nəticə təkcə bir uğur deyil, həm də bir tədris modelinin, bir sistemli yanaşmanın və davamlı inkişafın məhsuludur. 1994-cü ildən bəri bu olimpiadada iştirak edən Azərbaycan məktəbliləri xüsusilə son illərdə diqqətəlayiq sıçrayış nümayiş etdiriblər: 2020–2025-ci illər arasında 11 medal qazanılıb ki, bu da əvvəlki onilliklərin ümumi nəticəsindən sözün yaxşı mənasında fərqlənir. 

Bu nailiyyətlərin arxasında hansı yanaşma dayanır? Qazanılan uğurlar gərgin zəhmətin, yoxsa nəticəli planlamanın göstəricisidir? “Azərbaycan müəllimi”nə müsahibə verən  Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev bu və digər sualları cavablandırıb. 

– Fuad müəllim, Azərbaycan məktəbllərinin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında əldə etdiyi uğuru necə dəyərləndirirsiniz? Ümumiyyətlə, olimpiada ilə bağlı fikirlərinizi bilmək istərdik. 

–  Qeyd edim ki, Beynəlxalq İnformatika Olimpiadası informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunur. Adıçəkilən bilik yarışında məktəblilərimizin 22 ildən sonra gümüş medal qazanması və dünya üzrə ilk 100-lükdə olması çox təqdirəlayiq və uğurlu nəticədir. Eləcə də, qeyd olunduğu kimi, məktəblilərimizin 2 gümüş, 1 bürünc medal və 1 həvəsləndirici mükafat qazanması yüksək nəticədir. 

– Bu  nəticə əvvəlki illərlə müqayisədə hansı fərqi ortaya qoyur? Ümumiyyətlə, Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq prosesi necə həyata keçirilib?

– Yaxın keçmişlə müqayisədə şagirdlərimiz medalın rəngini dəyişməyi bacardılar. Uzaq keçmişlə müqayisədə isə artıq şagirdlərimiz bu beynəlxalq yarışdan son 6 ildir ki, əliboş geri dönmürlər, ondan əvvəl 2012-ci ildə medal qazandığımızı nəzərə alsaq, 2020-2025-ci illərdə şagirdlərimizin hər il medal qazanması təqdirəlayiqdir.

– Şagirdlər bu olimpiadaya hansı mərhələlərdən keçərək seçiliblər və  onların dünya üzrə ilk yüzlüyə düşməsi nə dərəcədə əlamətdar nəticədir? Bu onların gələcək karyerasına necə təsir edə bilər? 

– Şagirdlərimiz Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində sözügedən olimpiadaya məsuliyyətlə hazırlaşmışdılar. Onlar il ərzində böyük olimpiadalarda və seçmə imtahanlarda iştirak edərək artıq təcrübəyə malik idilər. Məxsusi olaraq sözügedən olimpiada üçün iki ay qabaqcadan 2 seçmə imtahan keçirilmiş və komanda formalaşmışdı. İl ərzində şagirdlərimiz ölkəmizlə  yanaşı, Rumıniya, Serbiya və Qazaxıstanda treninqlərə cəlb olunmuşdular. Qeyd edim ki, Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində şagirdlər informatika fənnindən başlanğıc, orta və yuxarı yaş qrupu üzrə hazırlıq prosesinə cəlb olunurlar, hər həftə 8 saat dərslə birlikdə tətillərdə düşərgələrdə iştirak edərək hazırlıq prosesini təkmilləşdirirlər. Buna misal olaraq Bakı, Şəmkir, Qubada olan düşərgələri və ölkə xaricindəki treninqləri göstərmək olar. 

Digər sualınıza cavab olaraq bildirim ki, ilk 100-lükdə 2 şagirdimizin olması həm onların gələcək karyeraları, həm də ölkəmiz üçün müsbət haldır. Düşünürəm ki, bu yarışda iştirak edənlər gələcəyin parlaq mühəndisləri və mütəxəssisləri olacaqlar, bu da həm onların əlavə dəyər yaratması, həm də cəmiyyətimiz üçün faydalı şəxs olması deməkdir. Onların dünya məktəbliləri arasında ilk 100-lükdə yer alması sistemli yanaşmanın nəticəsidir.

– Belə  uğurların ardıcıl və davamlı olması üçün Təhsil İnstitutu olaraq hansı strateji addımlar atılır və ya planlaşdırılır?

– Ən vacib məsələ bu uğuru sistemli prosesə çevirməkdir. Belə uğurların davamlı olması üçün Təhsil İnstitutu tərəfindən əsasən 3 istiqamət üzrə işlər aparılmaqdadır. Birincisi, savadlı və çalışqan şagirdlərin seçimidir ki,  bu da həmin istiqamətdə respublika səviyyəli yarışların hər kəsə açıq keçirilməklə heç kəsin kənarda qalmamasına şarait yaratmaqdan ibarətdir. İkinci istiqamət olaraq  şagirdlərin motivasiyasının artırılması məqsədi ilə Respublika Fənn Olimpiadalarında VIII sinif şagirdlərinin iştirakının təmin edilməsi və yuxarı yaş qrupu üzrə informatikada medal sayının 45-ə çatdırılmasını göstərmək olar. Üçüncüsü isə şagirdlərin əvvəllər beynəlxalq olimpiadalarda medal qazanmış, indi isə dünyanın qabaqcıl universitetlərində təhsil alan məzun və tələbələrlə müntəzəm görüşünün təşkilini göstərmək olar ki, bu da onları psixoloji cəhətdən gələcək yarışlara hazırlanmasında xüsusi rol oynayır.

– İnformatika sahəsində istedadlı uşaqların erkən yaşda kəşf olunması və yönləndirilməsi ilə bağlı fikirlərinizi bölüşməyinizi istərdik.

– İnformatika günümüzün və gələcəyin sahəsidir. Biz bu sahə üzrə artıq dünyada gedən tendensiyaya uyğun olaraq son ildə Beynəlxalq İnformatika Olimpiadası ilə yanası, beynəlxalq süni intellekt və kibertəhlükəsizlik olimpiadalarında da iştirak edərək medallar qazanmışıq. Ölkəmizdə istedadlı şagirdlərin müəyyənləşdirilməsi üçün isə VI sinifdə məktəblilərarası fənn müsabiqələri, VI-VII sinif şagirdləri arasında Azercell Cup müsabiqəsi, VIII-IX  sinif şagirdləri aşağı yaş qrupu, X-XI sinif şagirdləri üçün yuxarı yaş qrupu üzrə RFO təşkil edilməkdədir. Bu müsabiqələr və olimpiadalar bir zəncirin halqaları kimi şagirdlərimizin VI sinifdən müntəzəm olaraq həvəsli şəkildə hazırlıq prosesinə davam etmələri üçün təşkil olunur.

Şərhlər

Xəbər lenti

25 avqust, 20:34

Peşə məktəblərinə vakansiya seçiminin müddəti uzadılıb

25 avqust, 17:39

Lənkəranda bir məktəbin 78 şagirdi tələbə oldu 

25 avqust, 17:38

“Ali məktəbə oğlumun təhriki ilə sənəd verdim” – 20 ildən sonra tələbə olan Qax sakini

25 avqust, 17:11

DİM-dən yüksək balla ali məktəbə qəbul ola bilməyənlərlə bağlı AÇIQLAMA

25 avqust, 16:50

Hansı ali məktəblərin qəbul planı tam dolub? – SİYAHI

25 avqust, 16:31

İmtahan verir, qəbul olur, amma oxumur Gənclər niyə geri çəkilirlər?

25 avqust, 16:27

MDU-da “UniStartup” müsabiqəsinə qeydiyyat başladı

25 avqust, 16:23

Qarabağ Universitetinə 600-dən yuxarı balla qəbul olanların sayı artıb

25 avqust, 16:15

Bağçalarda müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!

25 avqust, 15:39

Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu

25 avqust, 15:39

ADPU ikili diplom proqramına qəbulun müsahibə mərhələsinə başlayıb

25 avqust, 15:21

“İkinci şans verilsəydi, yenə də Qarabağ Universitetini seçərdim” – RFO qalibləri

25 avqust, 15:11

ADNSU məzunuAzad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi olub

25 avqust, 15:03

TİKA-nın koordinatoru: STEM əsaslı öyrənmə real həyata hazırlaşmaq üçün güclü yanaşmadır

25 avqust, 14:30

Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

25 avqust, 14:28

Dünya Bankı Pakistanda təhsilin inkişafı üçün 47,9 milyon dollarlıq qrant ayırıb

25 avqust, 14:22

Qarabağ Universiteti ailəsinə xoş gəldiniz! – Şahin Bayramov gəncləri təbrik edib

25 avqust, 13:30

Telefonsuz məktəb siyasəti 

25 avqust, 12:35

Kolleclərə qeydiyyat başa çatır

25 avqust, 12:22

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq? – ARAŞDIRMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.