
“Qarabağ Universitetinin Tibb və Sağlamlıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olacaq komanda üçün təlimlərə start verilib. Tədris proqramları, qiymətləndirmə modellərini əhatə edən təlimlər tədrisə hazırlıq məqsədi daşıyır”.
Bunu “Azərbaycan müəllimi”nə Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayev deyib.
Onun sözlərinə görə, təlimlərdə Qarabağ Universitetinin 40-dan çox müəllimi iştirak edir: “Onların arasında tibb təhsili üzrə əsas fənn müəllimləri və peşəkar həkimlər, “Tibb bacısı/tibb qardaşı” ixtisası üzrə dərs deyəcək peşəkarlar var. Azərbaycan, Türkiyə və Avropadan olan peşəkarlar üçün keçirilən təlimdə dərs vəsaitlərinə, imtahan modellərinə qərar verəcək, cədvəllərimizi qərarlaşdıracayıq, avqust ayının sonunda tam heyətlə Qarabağa köçəcəyik”.
S.Babayev əlavə edib ki, 40-dan çox müəllim, həkimlərin qatıldığı təlimlər 3 həftə davam edəcək.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər