Dekabrın 5-də Türkiyənin Hacettepe Universitetinin Təhsil fakültəsinin dekanı professor Şəfiqə Şule Ərçətin və Hacı Bayram Veli Universitetinin dosenti Şuay Nilhan Açıqalın Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, qonaqlarla görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işlər üzrə prorektoru dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) nümayəndəsi Elza Səmədova iştirak ediblər.
Birgə əməkdaşlıq çərçivəsində magistratura səviyyəsində ikili diplom proqramlarının həyata keçirilməsi, tələbə-müəllim mübadiləsinə start verilməsi məsələlərinin müzakirəsi məqsədilə keçirilən görüşdə konkret ixtisaslar üzrə nəzərdə tutulmuş ikili diplom proqramının icrası üçün ilkin danışıqlar aparılıb və tərəflər arasında razılıq əldə olunub.
Sonda qonaqlar ADPU-nun tədris binası ilə tanış olub, onlara xatirə hədiyyələri təqdim olunub.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)