“Riyaziyyat tətqiqatçıları - Pifaqor klubu” qrant layihəsinin açılış mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, layihə çərçivəsində “Khan Academy” platformasında 2-ci sinif riyaziyyat materialları tərcümə ediləcək və milli kurikuluma uyğunlaşdırılaraq xüsusi dərs proqramı hazırlanacaqdır. 20 nəfərdən ibarət 2-ci sinif şagirdləri üçün 3 ay müddətində həftədə 2 dəfə, hər dərs 1 saat olmaqla ümumilikdə 32 saatlıq kurs keçiriləcək. Hər ayın sonunda şagirdlərin irəliləyişini qiymətləndirmək üçün test imtahanları təşkil ediləcəkdir. Layihə müddətində “Khan Academy” platformasının tətbiqi ilə bağlı məktəbdə maarifləndirici infosessiyalar keçiriləcəkdir.
Xatırladırıq ki, "Riyaziyyat tədqiqatçıları - Pifaqor klubu" adlı layihə Qabaqdibi kənd E.B.Adışov adına tam orta məktəbdə Alim Adişli tərəfindən həyata keçirilir. Layihənin məqsədi 2-ci sinif şagirdlərinin riyaziyyat biliklərini inkişaf etdirmək, onların effektiv öyrənmə prosesinə cəlb olunmalarını təmin etmək və onlayn tədris platformalarının istifadəsini məktəbdə təşviq etməkdir.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)