Bütün xəbərlər
22 oktyabr, 12:32

Mingəçevir Azərbaycanın ən böyük sənaye mərkəzlərindən biri olaraq ölkəmizin enerji sektorunda önəmli rol oynayan şəhərlər sırasına daxildir. Azərbaycan iqtisadiyyatının inkişafında mühüm yer tutan bu şəhər 1948-ci ildə Mingəçevir Su Elektrik Stansiyasının (SES) işə salınması ilə öz mövqeyini daha da gücləndirib. 

Mingəçevir həm də Azərbaycanın 4-cü sənaye şəhəri olaraq energetika və sənaye sahələrinin inkişafına töhfə verir. Bu gün Mingəçevir SES Cənubi Qafqazın ən böyük su elektrik stansiyası kimi fəaliyyət göstərir, ölkənin enerji təhlükəsizliyinin təminatında önəmli missiya daşıyır.

Stansiyanın 75 illik yubileyi münasibətilə Mingəçevir Dövlət Universitetinin SES ilə əməkdaşlığı və onların bu energetika obyektində keçirdikləri təcrübələr diqqətəlayiqdir. Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının müdiri dosent Mahir İsmayılov ilə bu yubileylə bağlı müsahibəmizdə stansiyanın Azərbaycan sənayesindəki yeri, universitet və SES arasındakı qarşılıqlı əməkdaşlıq, tələbələrin bu stansiyada əldə etdikləri biliklər və təcrübələrdən danışıb.

- İlk olaraq, Mingəçevir Su Elektrik Stansiyasının (SES) 75 illik yubileyi münasibətilə sizi təbrik edirik. Bu yubileyin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Təşəkkür edirəm! Mingəçevir SES-in 75 illik yubileyi yalnız stansiya üçün deyil, eyni zamanda ölkəmiz üçün də böyük əhəmiyyətə malikdir. Bildiyimiz kimi, bu stansiya Cənubi Qafqazın ən böyük su elektrik stansiyasıdır. Onun fəaliyyəti enerji təhlükəsizliyimizin təmin edilməsində və kənd təsərrüfatının suvarma sisteminin inkişafında böyük rol oynayır. Stansiyanın tarixindəki bu mərhələ onun davamlı inkişafını və müasir dövrün tələblərinə uyğun yenilənməsini təcəssüm edir.

- Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mingəçevir SES arasındakı əməkdaşlıqdan bəhs edə bilərsinizmi? Bu əməkdaşlıq tələbələrin təcrübələrini necə artırır?

- Bəli, MDU ilə Mingəçevir SES arasında uzun illərdir sıx əməkdaşlıq mövcuddur. Tələbələrimiz burada mütəmadi olaraq təcrübələr keçir, stansiyanın fəaliyyəti ilə yaxından tanış olurlar. Bu, tələbələrə real iş mühitini görmək, cihazların istifadəsi qaydalarını öyrənmək və praktiki biliklər əldə etmək imkanı verir. Tələbələrimizin burada aldığı təcrübələr, onların gələcək karyerasında böyük rol oynayır və bu əməkdaşlıq, gənclərin iş və karyera imkanlarını artırır.

- Mingəçevir SES-in tələbələr üçün təqdim etdiyi imkanlardan danışa bilərsinizmi?

- Mingəçevir SES tələbələrə müasir avadanlıqlarla işləmə, praktiki biliklər əldə etmə və sahə üzrə mütəxəssislərlə birbaşa əməkdaşlıq etmə imkanları təqdim edir. Tələbələr burada, həmçinin müxtəlif layihələrə qoşulur, onların iş mühitini daha yaxşı anlamaq və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər. Biz tələbələrimizin bu cür təcrübələr əldə etməsini çox önəmli hesab edirik.

- SES-in 75 illik yubileyi çərçivəsində hansı tədbirlər planlaşdırılır? Bu tədbirlərdə tələbələrin rolu nə olacaq?

- Yubiley münasibətilə stansiyada bir sıra tədbirlər planlaşdırılır. Belə ki, nəzərdə tutulan tədbirlər çərçivəsində tələbələrimiz stansiyanın tarixini, fəaliyyətini və inkişafını əks etdirən sərgi və təqdimatlarda iştirak edəcəklər. Tələbələrimiz həmçinin stansiyanın texniki imkanları və müasir avadanlıqlar haqqında məlumatları daha geniş auditoriyaya çatdırmaq məqsədilə təqdimatlar hazırlayacaqlar. Bu cür tədbirlər gənclərimizin stansiya ilə bağlı biliklərini genişləndirməyə və öz fikirlərini ifadə etməyə imkan verəcək.

- Mingəçevir SES-in gələcək inkişafı üçün əsas istiqamətlər hansılardır?

- Mingəçevir SES-in gələcək inkişafı üçün əsas istiqamətlərdən biri müasir texnologiyaların tətbiqidir. Çünki yenilənmə və səmərəliliyin artırılması enerji istehsalının davamlılığını təmin etmək üçün vacibdir. Eyni zamanda tələbə və gənclərin peşəkar inkişafı üçün yeni proqramların hazırlanması da önəmlidir. Gənclərin enerji sektoru ilə bağlı biliklərini artırmaq və onları bu sahədə mütəxəssis kimi yetişdirmək bizim prioritetlərimizdəndir.

Mingəçevir SES-in 75 illik yubileyini qeyd etdiyimiz bu günlərdə bütün əməkdaşlara, xüsusilə də gənclərə, yeni uğurlar arzulayıram. Ümid edirəm ki, Mingəçevir SES gələcəkdə də enerji istehsalında və kənd təsərrüfatının inkişafında mühüm rolunu davam etdirəcək. 

Tələbələrimizə də uğurlar arzulayıram ki, onlar gələcəyin mütəxəssisləri olaraq bu sektorda öz yerlərini tutsunlar.

1 /8

Xəbər lenti

5 fevral, 09:45

Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək

5 fevral, 09:32

Ölkəmizdə ilk dəfə “Biotəhlükəsizlik və biomühafizə” fənni tədris olunacaq

5 fevral, 09:28

ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar

5 fevral, 09:25

“ADPU 2030” Strateji inkişaf planı qəbul olunub

5 fevral, 09:19

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab yarada bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.