Bütün xəbərlər
3 iyul, 10:46

Son günlərdə şagirdlərin attestatlarına yazılan qiymətlərdə uyğunsuzluq olduğuna dair sosial şəbəkələrdə müzakirələr aparılır.

Biz də "Azərbaycan müəllimi" olaraq kiçik bir araşdırma apararaq bir sıra məktəblərdə belə hallara yol verildiyini müəyyən etdik.

Onlardan biri Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki B.Nəsirov adına Dilman kənd tam orta məktəbindən verilmiş attestat olub. Belə ki, məktəbin şagirdi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanında "Azərbaycan dili" üzrə maksimum 100 baldan 83, riyaziyyat üzrə isə 91 bal topladığı halda attestatına "3" qiyməti yazılıb.

Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məsələ ilə bağlı “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, Ağsu rayon Dilman kənd tam orta məktəbinin məzunu Valehov Elmir Emil oğlunun 2024-2025-ci tədris ili üzrə illik qiymətləri jurnaldan DİM-in "Şagird-məzun" sisteminə işlənilərkən məktəb rəhbərliyi tərəfindən texniki səhv edilərək riyaziyyat və Azərbaycan dili fənləri üzrə yanlış qiymətlər işlənilib:

“Sonradan qiymətlərə sistemdə düzəliş edilib. Şagirdə düzgün qiymətlər yazılaraq yeni attestat təqdim edilib. Bununla əlaqəli məktəb direktoru haqqında intizam tənbehi görülüb”, - deyə qeyd olunub.

Attestat qiymətlərində uyğunsuzluq olan digər hallar isə Masazır və Bərdə məktəblərində qeydə alınıb.

Masazır kənd 4 nömrəli tam orta məktəbin şagirdinin attestatına da eynilə buraxılış imtahanından yüksək nəticə göstərməsinə baxmayaraq aşağı qiymətlər yazılıb.

Bərdə məktəbində isə maraqlıdır ki, imtahandan 16 bal toplayan şagirdin attestatına 4 yazılıb.

Bəs attestat qiyməti nəyin əsasında yazılır və qiymətləndirmə necə aparılmalıdır?

Məsələ ilə bağlı "Azərbaycan müəllimi"nə açıqlama verən təhsil mütəxəssisi Rəsul Ağayev bildirib ki, Attestat – Azərbaycan Respublikasının ümumi təhsil sistemində şagirdin müəyyən bir təhsil pilləsini – ümumi orta (9 illik) və ya tam orta (11 illik) təhsili – müvəffəqiyyətlə başa vurduğunu rəsmi və hüquqi baxımdan təsdiqləyən dövlət sənədidir. Bu sənəd, sadəcə bir sənəd deyil, şagirdin uzunmüddətli təhsil yolunda atdığı mühüm bir addımın hüquqi nəticəsidir.

Attestatın verilməsi yalnız şagirdin müvafiq tədris proqramını tam mənimsəməsi və məktəbdaxili qiymətləndirmə meyarlarına cavab verməsi halında mümkündür. Sənəd, həmçinin şagirdin növbəti təhsil mərhələlərinə – texniki peşə, orta ixtisas və ya ali təhsilə keçidi üçün əsas hüquqi baza rolunu oynayır. Bu baxımdan attestat həm pedaqoji prosesin yekunu, həm də təhsilin davamlılığının təminatçısıdır.

Ekspert əlavə edib ki, attestata daxil edilən qiymətlər yalnız şagirdin illik qiymətləndirilməsi nəticəsində formalaşır. Burada qiymət beşballıq şkala üzrə müəyyənləşdirilir. Attestat qiymətlərinin yazılması hüquqi və normativ sənədlərlə tənzimlənir. Əsas istinad sənədləri bunlardır:

1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu;
2. “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı;
3. “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qərarı;
4. “Ümumi təhsil məktəblərində və ilk-peşə ixtisas təhsili müəssisələrində təhsilalanların qiymətləndirilməsi və yekun dövlət attestasiyasının aparılması barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qaydaları;
5. “Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təlimatı.

Qanunvericiliyə əsasən, attestata yalnız məktəbdaxili qiymətləndirmə nəticələri daxil edilir. Buraxılış imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir və onların nəticələri attestat qiymətlərinə birbaşa təsir göstərmir.

Rəsul Ağayevin sözlərinə görə, illik qiymətlər şagirdin bütün tədris ili boyunca göstərdiyi fəaliyyətin mərhələli və sistemli təhlili nəticəsində müəyyənləşdirilir. Qiymətləndirmə prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Tədris ili iki yarımilə bölünür və hər yarımil iki rübdən ibarətdir;
• Hər yarımilin nəticəsi iki rübün ortalamasına əsasən hesablanır;
• İllik qiymət isə bu iki yarımilin orta göstəricisinə əsasən çıxarılır və adi qaydada yuvarlaqlaşdırılır (məsələn, 4.4 → “4”, 4.5 və yuxarı → “5”).

Bu yanaşma təhsildə obyektivlik, davamlılıq, şəffaflıq və etibarlılıq prinsiplərinə söykənir. Qiymət yalnız imtahan nəticəsinə deyil, şagirdin ümumi inkişaf dinamikasına, tapşırıqların yerinə yetirilməsinə, layihə işlərinə, dərsə hazırlıq səviyyəsinə və sinifdaxili fəallığına əsaslanır. Müəllim burada pedoqoji müşahidə, metodiki əsaslandırma və vicdani yanaşma ilə qiymət verir.

Mütəxəssis buraxılış imtahanlarındakı nəticələrlə attestata yazılan qiymətlər arasındakı uyğunsuzluqlara isə belə münasibət bildirib.

"Bu, təhsil ictimaiyyətində tez-tez rast gəlinən və düzgün izah olunmayanda çaşqınlıq doğuran bir məsələdir. Buraxılış imtahanı dövlət səviyyəsində keçirilən və şagirdin bilik səviyyəsini ölçən test əsaslı qiymətləndirmədir. Başqa sözlə desək, buraxılış imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir və məqsədi ölkə üzrə vahid monitorinq, biliklərin diaqnostik ölçülməsi və ali təhsilə qəbul üçün zəruri baza formalaşdırmaqdır.

Attestat qiyməti tədris ili boyunca şagirdin bütün fəaliyyətinin nəticəsidir. Başqa sözlə desək, attestat məktəbdaxili qiymətləndirmə sisteminə əsaslanır. Burada müəllim şagirdin tədris ili boyu göstərdiyi məzmun bacarıqları, davamiyyət, fəaliyyət, tapşırıq yerinə yetirmə səviyyəsi və digər göstəricilər əsasında nəticəni formalaşdırır.

İmtahanda yüksək bal toplayan, lakin dərs ilində passiv və ya məsuliyyətsiz davranan bir şagird attestatda aşağı qiyməti ala bilər. Ya da əksinə, ilboyu çalışqan olan, lakin imtahanda həyəcanlanan və ya texniki çətinliklə üzləşən bir şagird imtahanda aşağı bal toplasa da, “4” və ya “5” qiyməti ilə qiymətləndirilə bilər. 

Burada əsas məsələ qiymətləndirmənin məqsədidir. Yəni buraxılış imtahanı və attestat qiyməti bir-birini əvəz etmir – fərqli funksiyaları olan, bir-birini tamamlayan sistemlərdir. Buraxılış imtahanı 1 günlük nəticədirsə, illik qiymət 1 ilin, 365 günün nəticəsidir".

Bəs buraxılış imtahanı balları ilə attestat qiymətləri arasında uyğunsuzluq problem yarada bilərmi?

Ekspertin sözlərinə görə, əslində bu, problem deyil, sadəcə iki fərqli qiymətləndirmə sisteminin paralel mövcudluğunun nəticəsidir.

Attestat qiymətləri şagirdin il ərzində göstərdiyi davamlı təhsil fəaliyyətinin, buraxılış imtahanı isə birgə dövlət yoxlamasının nəticəsidir. Bu fərqlilik qiymətləndirmədə çoxşaxəliliyin bir göstəricisidir və normal, məqsədəuyğundur:

“Problemin kökü, ictimaiyyətin bu iki qiymətləndirməni eyniləşdirməsindədir. Bəzən valideyn və müəllimlər düşünür ki, imtahanda yüksək bal toplayan şagirdin mütləq attestatda da yüksək qiymət alması lazımdır. Halbuki bu, yanlış gözləntidir. Unutmayaq ki, imtahan nəticəsi bir günlük performansla ölçülür. Burada stress, texniki çətinliklər və digər faktorlar nəticəyə təsir edə bilər. Eyni zamanda, imtahanda bəxti gətirən, lakin ilboyu zəif nəticə göstərən şagirdin attestatda aşağı qiymət alması da tam əsaslıdır. Bu iki sistemin mahiyyətini düzgün anlamaq, təhsil sisteminə olan ictimai inamı artıracaq, şəffaflıq və hesabatlılıq prinsiplərini daha da möhkəmləndirəcək”.

Şərhlər

Xəbər lenti

3 iyul, 18:33

MİQ üzrə imtahanların ilk günü başa çatdı – Davamiyyət 81 faiz olub

3 iyul, 17:15

Tələbə krediti üçün il sonunadək ayrılan vəsaitin həcmi açıqlandı

3 iyul, 17:15

"Müəllim işləmək uşaqlıq arzum olub” - Naxçıvanda MİQ imtahanı həyəcanı

3 iyul, 16:45

Azərbaycan dili imtahanının nəticələri elan olunub

3 iyul, 16:29

DİM 393 abituriyentin yazı işinə düzəliş edib: 6-sının balı endirilib

3 iyul, 16:27

Qəbul imtahanı ilə bağlı apellyasiya nəticələri açıqlanıb

3 iyul, 16:01

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat davam edir

3 iyul, 15:45

Hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

3 iyul, 15:15

MİQ imtahanının ilk gününün birinci seansında davamiyyət 83 faiz olub

3 iyul, 15:08

İyulun 13-də keçiriləcək qəbul imtahanlarında iştirak edənlərin NƏZƏRİNƏ!

3 iyul, 14:52

"Müəllimlərin "çətin" hesab etdiyi suallar nəzəri baxımdan mürəkkəb deyil" – Nəzakət Mehdiyeva

3 iyul, 14:50

“Hüquqşünaslıq” üzrə təhsil alanların 81 faizi peşə tanınması imtahanından kəsilib

3 iyul, 14:48

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

3 iyul, 14:43

Müəllim və şagirdlər premium səviyyəli süni intellektdən pulsuz istifadə edəcəklər

3 iyul, 13:07

“Öz üzərimdə mütəmadi çalışmağım yüksək bal toplamağıma çox kömək etdi” – Kimya müəllimi

3 iyul, 12:50

İnklüziv təhsil: Qlobal yanaşmalar və Azərbaycan təcrübəsi

3 iyul, 12:44

BDU-da “Code8 Hackathon” keçirilib

3 iyul, 12:42

“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb

3 iyul, 12:36

Sabahın hava proqnozu açıqlanıb

3 iyul, 12:19

Nazir: Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində ciddi və dərin əməkdaşlıq mövcuddur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.