Bütün xəbərlər
26 aprel, 20:56

Prezident Tramp K-12 məktəblərində süni intellektin tətbiqini gücləndirən sərəncam imzalayıb.

"Azərbaycan müəllimi" usatoday.com-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp 23 aprel tarixində K-12 məktəblərində süni intellektin (Sİ) tətbiqini təşviq etmək məqsədilə icra sərəncamı imzalayıb.

Sərəncam ABŞ Təhsil və Əmək Departamentlərinə orta məktəb şagirdləri üçün süni intellekt üzrə kurslar və sertifikatlaşdırma proqramları təşkil etməyi və ştatlarla əməkdaşlıq edərək Sİ təhsilini təşviq etməyi tapşırır.

Tramp sərəncam imzalanmazdan əvvəl Oval kabinetdə çıxış edərək bildirib:

"Bu böyük bir hadisədir, çünki görünür, gələcək süni intellektdədir".

Sərəncama əsasən, Təhsil Departamentinə müəllimlərin hazırlanmasında verilən ixtiyari qrant proqramlarında süni intellekt tətbiqinə üstünlük verilməsi, Milli Elm Fonduna isə təhsildə süni intellektdən istifadənin araşdırılmasına prioritet ayrılması tapşırılıb. Əmək Departamenti də Sİ sahəsində təcrübə proqramlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Sərəncam həmçinin, Təhsil Katibi Linda MakMahon və Əmək Katibi Lori Çavez-DeRemerin daxil olduğu və Ağ Ev Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsiosun rəhbərlik edəcəyi "Süni İntellekt Təhsili üzrə Ağ Ev İşçi Qrupu"nun yaradılmasını nəzərdə tutur. Sözügedən qrup məktəblərdə süni intellektdən istifadənin təşviqinə yönəlmiş "Prezidentin Süni İntellekt Çağırışı" layihəsini hazırlayacaq və dövlət-özəl tərəfdaşlıqlar vasitəsilə məktəblərə resurs təmin edəcək.

Məlumat üçün bildirək ki, 2024-cü ilin dekabrında yayımlanan iki partiyalı konqres hesabatında qeyd olunub ki, K-12 təhsil işçilərinin süni intellekt savadlılığını artırmaq üçün resurslara ehtiyacı var. Lakin hesabatda Sİ-nin işçi qüvvəsi və təhsildə tətbiqinin qanunlar çərçivəsində aparılmasının vacibliyi də vurğulanıb.

Baxmayaraq ki, həm demokratlar, həm də respublikaçılar məktəblərdə süni intellektin vacibliyi məsələsində razılaşırlar, federal tənzimləmələrin rolu məsələsində fikir ayrılıqları qalır. Respublikaçıların aprel ayında keçirilən komitə iclasındakı yekun rəyində bildirilir:

"Süni intellekt şagirdlərin öyrənmə üsulunda inqilab yarada bilər, lakin federal hökumətin buna müdaxiləsinə ehtiyac yoxdur".

Prezident Trampın bu təşəbbüsü yanvar ayında keçmiş Prezident Co Bayden dövründə qəbul olunmuş süni intellektin genişləndirilməsi ilə bağlı qaydaları ləğv edən sərəncam imzalamasından sonra atdığı növbəti addım olub.

Xatırladaq ki, mart ayında Tramp Təhsil Departamentinin ləğv olunmasına yönəlmiş fərqli bir sərəncam imzalayıb, lakin bu agentlik hələ də mövcuddur, buna baxmayaraq, işçi heyətinin sayı iki dəfə azalıb. Agentliyin tamamilə ləğvi üçün isə Konqresin qərarı tələb olunur.

Hazırda bir sıra ştatlar Təhsil Departamentindəki kütləvi ixtisarları qeyri-qanuni hesab edərək Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıblar.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 16:16

NDU-da beynəlxalq akkreditasiya məqsədilə onlayn seminarlar keçirilir

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıq “Graduate Route” vizasının müddətini azaldır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

16 oktyabr, 11:56

MDU türk dünyası universitetləri ilə mübadilə imkanlarını genişləndirir 

16 oktyabr, 11:54

Kokand Universitetinin müəllimi AzMİU-da olub

16 oktyabr, 11:17

UNEC-in Startap İnkubasiya Mərkəzi beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 11:13

“Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın məlumat sessiyası keçirilib

16 oktyabr, 10:54

ADNSU-da vakansiyalar: Əməkhaqqı 3000 manatdan yüksəkdir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.