
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Startap İnkubasiya Mərkəzi innovasiyalar sahəsində dünyanın aparıcı sertifikatlaşdırma qurumu olan Qlobal İnnovasiya İnstitutu (GInI) tərəfindən rəsmi olaraq akkreditasiyadan keçib.
UNEC-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu nüfuzlu tanınma mərkəzin GInI-nin Akkreditə Olunmuş Biznes İnkubatoru (Accredited Business Incubator – ABI) statusuna layiq görüldüyünü təsdiqləyir. Belə akkreditasiya ən yüksək beynəlxalq standartlara cavab verən inkubatorlara təqdim olunur.
GInI-nin standartları bir inkubatorun idarəetmə, innovasiya ekosisteminə inteqrasiya, resursların səfərbərliyi və nəticəyönümlü fəaliyyət kimi bir sıra kritik sahələrdəki bacarıqlarını qiymətləndirən tələbkar çərçivə ilə tanınır. Akkreditasiya prosesində UNEC Startap İnkubasiya Mərkəzi dünya səviyyəli idarəetmə təcrübələri, güclü ekosistem əlaqələri, geniş icma resursları və müasir infrastruktur imkanları ilə yüksək performans nümayiş etdirib.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər