
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Rəqəmsal kommunikasiya bacarıqlarının peşəkar imicə təsiri” mövzusunda seminar keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, seminar universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, Xülya Sabirli tərəfindən aparılıb.
Tədbirdə tələbələrə rəqəmsal kommunikasiyanın nə olduğu, müasir dövrdə onun aktuallığı və peşəkar fəaliyyət sahəsində yaratdığı imkanlar barədə geniş məlumat verilib. Müzakirələr zamanı e-mail yazışmaları, sosial media platformaları, video təqdimatlar və digər vizual ünsiyyət alətlərinin düzgün istifadəsinin şəxsi və peşəkar imicin formalaşmasında oynadığı rol xüsusi vurğulanıb.
Seminarda həmçinin, sosial media profillərinin effektiv şəkildə tərtib olunması, rəqəmsal platformalarda etibarlılığın və fərdi brendin qurulması, kommunikasiya zamanı yol verilən səhvlər və onların doğura biləcəyi mənfi nəticələr barədə praktiki nümunələrlə izahatlar təqdim olunub. İştirakçılara dünyada və Azərbaycanda rəqəmsal platformaların statistik göstəriciləri və onların təsir gücü barədə məlumatlar çatdırılıb. Seminar tələbələr tərəfindən böyük maraqla qarşılanıb və interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. Tədbirin məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirməklə onları gələcək karyeralarına daha hazırlıqlı şəkildə istiqamətləndirmək olub.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər