
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) vakansiya elan edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, mərkəz hazırda dinamik, analitik düşüncəyə malik və təhsil sahəsində yeniliklərə açıq peşəkarları “baş mütəxəssis” və “mütəxəssis” vəzifələri üzrə komandamıza qoşulmağa dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
Mərkəzin fəaliyyət istiqamətləri üzrə innovativ layihələrin təşəbbüskarı olmaq və onların icrasına rəhbərlik etmək;
Universitetin strateji planlaşdırma, inkişaf və analitik fəaliyyətlərinə dəstək göstərmək;
Müxtəlif istiqamətlər üzrə tədqiqat və sorğular hazırlamaq, nəticələri təhlil etmək və hesabatlaşdırmaq;
Analitik hesabat, təhlil və təqdimatların hazırlanmasında iştirak;
Məlumat bazalarının yenilənməsi və sistemləşdirilməsində, gündəlik fəaliyyətlərin təşkilində iştirak.
Namizədə dair tələblər:
Ali təhsil (idarəetmə, iqtisadiyyat, təhsil, siyasət, beynəlxalq münasibətlər və ya digər müvafiq sahələr üzrə);
“Baş mütəxəssis” vəzifəsi üçün magistratura təhsili tələb olunur.
“Mütəxəssis” vəzifəsi üçün minimum 1 il, “Baş mütəxəssis” vəzifəsi üçün isə minimum 3 il müvafiq iş təcrübəsi;
Azərbaycan dili – mükəmməl, ingilis dili – arzuolunandır;
MS Office və ya Google Workspace proqramlarında sərbəst işləmək bacarığı;
Analitik düşünmə, tədqiqat aparmaq və mətn/hesabat hazırlamaq bacarığı;
Komanda işi, məsuliyyətlilik, dəqiqlik və vaxtın idarə edilməsi keyfiyyətləri.
İş rejimi
İş qrafiki: Bazar ertəsi – Cümə (09:00 - 18:00).
İş yerinin ünvanı: F.Xoyski küç. 109, Bakı, Azərbaycan. (ADPU-nun V tədris binası)
Müraciət qaydası
Namizədlər CV-lərini “Strateji İnkişaf Mərkəzi – [vəzifə adı]” başlığı ilə strateji.inkishaf@adpu.edu.az ünvanına göndərməlidirlər.
Son müraciət tarixi: 25 oktyabr 2025-ci il
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər