UFAZ tədqiqat işlərini dəstəkləmək, seçilmiş namizədlərin fransız tədqiqatçılar ilə birgə layihələrə cəlb edilməsi, innovativ tədqiqat proqramınının və birgə nəşrlərin dəstəklənməsi məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) doktorantları və tədqiqatçıları üçün birgə tədqiqat işləri ilə bağlı üç istiqamət üzrə müraciətləri qəbul edib. Kimya mühəndisliyi, kompüter elmləri, yer elmləri sahələri üzrə 6 tədqiqatçı müxtəlif mövzularla bağlı xarici ölkələrdə tədqiqat aparıblar.
Bu barədə “Azərbaycan müəllimi”nə UFAZ-dan məlumat verilib. Belə ki, kimya mühəndisliyi istiqaməti üzrə tədqiqatçı, ADNSU-nun doktorantı Tamerlan Şirinov Strasburq Universitetinin professoru Kristof Serra tərəfindən dəvət alaraq, “Çarlz Sadron” institutunun laboratoriyasında doktorantura tədqiqatlarını davam etdirmək üçün 2 həftəlik Fransaya səfər edib. O, polimer qarışıqlarının ümumi uyğunluğunu artırmaq məqsədilə amido qrupları ehtiva edən birləşmələrin əlavə edilməsini araşdırıb.
Yer elmləri istiqaməti üzrə ADNSU-nun tədqiqatçısından biri, Neft və qaz geologiyası kafedrasının laborantı Allahverdi Tağıyev Fransanın Strasburq Universitetinin “Ətraf Mühit və Yer elmləri” institutu (İTES) tərəfindən həmin institutun professorları Marvan Fahs və Damien Lemarşanla birlikdə tədqiqat aparması üçün dəvət alıb. Allahverdi bir həftəlik səfər çərçivəsində orada iqlim dəyişikliklərinin su ehtiyatlarına təsirini müasir qiymətləndirmə metodları ilə araşdırma aparıb.
Kompüter elmləri istiqaməti üzrə ADNSU-nun 3 doktorantı Anar Məmmədli, Samir Əliyev və Pavel Kosov Fransanın Rouen Universitetinin professoru Sesilia Zanni-Merk və ADNSU-nun professor və dosentlərinin elmi rəhbərliyi ilə İspaniyanın Sevilya şəhərində “Biliyə əsaslanan və intellektual informasiya və mühəndislik sistemləri” mövzusunda keçirilən 28-ci Beynəlxalq Konfransda iştirak ediblər.
Yer elmləri istiqaməti üzrə ADNSU-nun tədqiqatçısı və doktorantı, həmçinin UFAZ-ın Geofizika üzrə bakalavr proqramının koordinatoru Arzu Əliyeva Strasburq Universitetinin “Ətraf Mühit və Yer elmləri” institutunun (İTES) direktoru Renaud TOUSSAINT tərəfindən geokimya sahəsində araşdırmalarını genişləndirməsi məqsədilə biogeokimya, izotop və təcrübə komandaları ilə birlikdə tədqiqat aparmaq məqsədilə Fransaya yollanıb. Arzu Qoturdağ palçıq vulkanlarından götürdüýü nümunələrdən B elementini çixarmaq üçün analizlər apararaq, MC-İCPMS cihazında izotopun miqdarını Damien Lemarşanın iştirakı və rəhbərliyi ilə təyin edib.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)