Bütün xəbərlər
test
10 yanvar, 14:30

Yanvarın 10-dan etibarən 2024/2025-ci tədris ilinin ikinci yarımili üzrə peşə təhsil pilləsində təhsilin bərpası prosesinə start verilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Müraciət etmək istəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxil olduqdan sonra “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər. Müraciət üçün son tarix 17 yanvar, saat 18:00-dir.

Təhsil müəssisəsinə bərpa olunan şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər. Bu qayda müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabına təhsil alan şəxslərə şamil olunmur. Təhsil haqqı tədris olunan ixtisas üzrə təyin edilmiş məbləğdə ödənilməlidir.

Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulu bitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edə bilərlər.

Qaydalarla ətraflı şəkildə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

https://e-qanun.az/framework/55807

Xəbər lenti

10 yanvar, 18:35

İdman Akademiyasının əməkdaşları ATU-nun rezidentləri ilə görüşüb

10 yanvar, 17:48

Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb

10 yanvar, 17:42

Yeni kurikuluma görə xarici dilin tədrisində dərsliyə ehtiyac olmayacaq

10 yanvar, 17:40

Bakı Avrasiya Universiteti “TələbəPlus” layihəsinə qoşuldu 

10 yanvar, 17:37

BMU ilə İNHA Universitetinin İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

10 yanvar, 16:58

Yeni kurikulumda xarici dil üzrə ünsiyyət bacarıqlarının inkişafına xüsusi diqqət ayrılıb

10 yanvar, 16:31

ADMİU-ya kafedra müdiri axtarılır

10 yanvar, 16:14

Elmlər doktorları 100, fəlsəfə doktorları 60 manat əlavə alacaqlar

10 yanvar, 16:05

Tələbələr təhsil üçün hansı ölkələri seçirlər? 

10 yanvar, 15:24

Dövlət Proqramı iştirakçısının məqaləsi nüfuzlu jurnalda dərc olunub

10 yanvar, 14:55

Ötən il Lənkəran-Astara üzrə 1166 nəfər təhsil müəssisələrində işlə təmin olunub

10 yanvar, 14:30

Riyaziyyat asanlıqla öyrənilən bir dildir

10 yanvar, 14:07

Danışmayan uşaqlar bu bağçada dil açırlar - REPORTAJ

10 yanvar, 13:36

Mars planeti yaxın günlərdə Bakıdan adi gözlə aydın görünəcək

10 yanvar, 13:35

Ötən il 193 nəfərə elmi dərəcə verilməsindən imtina edilib 

10 yanvar, 12:54

Yoldaşına xəsarət yetirən şagird məktəbdən xaric edildi

10 yanvar, 11:05

Yeni Zelandiyada riyaziyyat təhsili böhranı: yeni strategiya şagirdlərə yardım edə bilər? 

10 yanvar, 10:55

Ötən il TİF-in layihələrində 15 664 tələbə iştirak edib

10 yanvar, 10:43

ADNSU-nun doktorantları Avropada tədqiqat aparıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.