Bütün xəbərlər
10 yanvar, 17:40

10 yanvar tarixində Bakı Avrasiya Universiteti (BAAU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. 

TİF-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, müqaviləni BAAU-nun rektoru dosent Səyavuş Qasımov və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar.

İmzalanma mərasimində TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov, İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova, Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov, şöbənin baş mütəxəssisi Aysel Məhərrəmova, “Kapital Bank”ın Korporativ satış meneceri Nərmin İsayeva, “Visa” şirkətinin Biznesin inkişafı üzrə baş meneceri Mahmud Səfərov və BAAU-nun akademik-inzibati heyəti iştirak edib.

İmzalanma mərasimini giriş nitqi ilə açıq elan edən rektor universitetin maddi-texniki bazası, professor-müəllim heyəti, tələbə kontingenti, qəbul aparılan ixtisaslar və təhsil səviyyələri haqqında geniş məlumat verib. O, BAAU-nun beynəlmiləlləşməsi və beynəlxalq layihələrdə uğurlu iştirakı barədə də nümayəndə heyətini məlumatlandırıb. S.Qasımov tələbələrə sosial dəstək xarakterli ideya və təşəbbüslərin həmişə vacib olduğunu, eyni zamanda bu cür təşəbbüslərin və layihələrin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.

E.Nəsibov çıxışında TİF və onun fəaliyyəti haqqında ətraflı məlumat verib. O, əlavə edib ki, BAAU ilk özəl ali təhsil müəssisəsi kimi sözügedən layihənin tərəfdaşı olur və bu layihə çərçivəsində təqdim olunacaq vahid tələbə kartları, onlardan istifadə təhsil sahəsində mühüm yeniliklər qazandırmaqla yanışı universitetin tələbələrinə faydalı olacaq. Bu yeniliklər həmçinin tələbələrin həm akademik, həm də sosial imkanlarını genişləndirəcəyinə imkan yaradacaq. Sədr təhsilalanlar arasında aparılan sorğulara, tələbatlara, həmçinin onların sosiallaşması baxımından əhəmiyyətli olan məkanlarda tələbələr üçün xüsusi güzəştlər tətbiq olunacağını, 200-dən artıq şirkətlə razılığa gəlindiyini diqqətə çatdırıb. E.Nəsibov tələbələr üçün nəzərdə tutulan güzəştlərin əhatə dairəsinin gələcəkdə daha da genişləndirilməsi istiqamətində işlərin aparıldığını tədbir iştirakçılarına çatdırıb.

Sonra, TİF-in fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və X.Daşdəmirova “TələbəPlus” layihəsi haqqında təqdimatla çıxış edib, vahid tələbə kartlarının üstünlükləri, tələbələrə edilən güzəştlər və funksionallıqları barədə məlumat verib. Çıxışlar zamanı BAAU ilə TİF arasında gələcək əməkdaşlıq istiqamətləri də müzakirə olunub.

Müzakirələrdən sonra BAAU-nun rektoru dosent Səyavuş Qasımovla TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsini imzalayıblar. İmzalanma mərasimindən sonra TİF-in nümayəndə heyəti universitetin maddi-texniki bazası ilə tanış olublar.

Qeyd edək ki, TİF-in “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “TələbəPlus” layihəsi vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur. Sözügedən kart tələbələrə sosial dəstək məqsədilə hazırlanmış, müxtəlif xidmət və iaşə obyektlərində də xüsusi güzəştlərin əldə edilməsinə imkan verəcəkdir.

1 /5

Şərhlər

Xəbər lenti

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.