Bütün xəbərlər
10 yanvar, 17:37

Koreya Respublikası İNHA Universitetinin İqlim Böhranına Cavab Layihə Qrupunun rəhbəri Jungho Kim Bakı Mühəndislik Universitetində (BMU) olub.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib. Bildirilib ki, qonaqla görüşən rektor Yaqub Piriyev iki universitet arasında icrası uğurla davam edən ikili diplom proqramının (BMU-İNHA İDP) əlaqələri daha da gücləndirdiyini vurğulayıb, həmçinin əməkdaşlığın perspektivlərinə toxunub. Rektor bildirib ki, qlobal iqlim böhranına cavab verməklə bağlı ötən il BMU ilə Layihə Qrupu arasında imzalanan tərəfdaşlıq sazişi istiqamətində konkret fəaliyyət planının ortaya qoyulması müsbət haldır və səmərəli əməkdaşlığın gözəl nəticələr verəcəyinə inanır.

BMU-da yenidən olmaqdan məmnunluğunu dilə gətirən Layihə Qrupunun rəhbəri Jungho Kim qlobal iqlim dəyişikliyi istiqamətində atılacaq birgə addımlar, həyata keçiriləcək digər layihələrlə bağlı ətraflı məlumat verib.

Sonra Layihə Qrupunun rəhbəri Jungho Kim və rektor Yaqub Piriyev “Qlobal iqlim böhranına cavab vermək üçün əməkdaşlığın qurulması” haqqında razılaşma sazişini imzalayıblar.

Sənədə əsasən, qlobal iqlim böhranına cavab olaraq konvergent bacarıqların istifadəsi üçün yerli təhsil proqramlarının, o cümlədən tələbə və professor-müəllim heyətinin mübadiləsi, onların təcrübə proqramlarının birgə planlaşdırılıb dəstəklənməsi və s. həyata keçiriləcək.

Görüşdə BMU ilə əməkdaşlıq çərçivəsində icra olunacaq layihənin konkret istiqamətləri üzrə geniş müzakirələr aparılıb. Belə layihənin Azərbaycanla yanaşı, 10-a yaxın ölkədə gerçəkləşdirildiyi diqqətə çatdırılıb. Eyni zamanda, BMU-da təcrübə proqramlarına və yay məktəbinə cəlb olunacaq İNHA-nın tələbə-müəllim heyəti ilə bağlı önəmli detallar razılaşdırılıb və müvafiq sayda BMU tələbələrinin Cənubi Koreyaya səfəri ilə əlaqədar məsələlər də bir daha nəzərdən keçirilib.

Görüş gələcək əməkdaşlığın digər sahələri üzrə fikir mübadiləsinin aparılması ilə başa çatıb.

1 /1

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.