Günəşin parlaqlığının və ölçüsünün dəyişməsi Yerdəki həyatın mövcudluğuna fəlakətli təsir göstərə bilər.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə ABŞ-nin Çikaqo Universitetindən R.J.Qrehemin rəhbərlik etdiyi alimlər qrupu məlumat verib.
Mütəxəssislər təxminən bir milyard ildən sonra Günəşin parlaqlığının artmasının Yer atmosferindəki karbon dioksid səviyyəsinin azalmasına səbəb olacağını və bu prosesin intensiv karbonat-silikat dövrünün başlaması səbəbindən irəliləyəcəyini göstərən araşdırmalar aparıblar. Karbon qazı miqdarı kritik dərəcədə aşağı səviyyəyə çatdıqda Yer ekosisteminin əsasını təşkil edən bitkilər və onlarla birlikdə planetdəki həyatın əksər formaları məhv olacaq.
Bitki örtüyünün “ölümü” prosesinin təxminən bir milyard ildən sonra başlayacağına baxmayaraq, alimlər “Planetary Science” jurnalında bunun daha 500 milyon il və ya daha çox davam edə biləcəyini yazırlar.
Bristol Universitetinin alimləri müəyyən ediblər ki, 250 milyon ildən sonra Yer kürəsinin bütün qitələri bir super qitədə birləşəcək və onun səthinin cəmi 8-16 faizi məməlilərin yaşamağı üçün uyğun olacaq. Tədqiqatçıların fikrincə, planetin iqlimi kəskin şəkildə dəyişəcək və qitələrin birləşməsi məməlilərin, o cümlədən insanların həyatı üçün ekstremal şərait yaradacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)