Bütün xəbərlər
18 aprel, 11:24

Martın 9-da keçirilən buraxılış imtahanında Abşeron-Xızı regionu üzrə 300 bal toplayaraq maksimum nəticə göstərən şagirdlərdən ikisi də Tunar Nadirli və Nihad Həsənovdur.

"Aşağı siniflərdə bünövrəm yaxşı olduğuna görə çox da çətinlik çəkmədim"

Sevincini “Azərbaycan müəllimi”nin oxucuları ilə bölüşən Tunar Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinfində oxuyur. İnformatika və fizika fənlərini çox sevdiyini deyən şagird iki il əvvəl IX sinifdə oxuyarkən buraxılış imtahanında 287 bal toplamışdı. O həm də Respublika Fənn Olimpiadasında fizika üzrə 2023-cü ildə gümüş (II yer), 2024-cü ildə bürünc (III yer) medala layiq görülüb.

Qəhrəmanımız bildiririr ki, təhsildən kənar tədbirlərə də böyük maraq göstərir. Keçən il Formula 1 Azərbaycan Qran-Prisində könüllü olaraq fəal iştirak edib. Tunar həmçinin Gənc Avropa Səfirləri şəbəkəsinin fəal üzvüdür. 

"Uğurumda ibtidai sinif müəllimimdən tutmuş, üzərimdə əziyyəti olan bütün müəllimlərimə təşəkkürümü bildirirəm. Valideynlərim də hər zaman mənə dayaq olub, tam dəstəklərini hiss etdiriblər. Etiraf edim ki, imtahanda həyəcan var idi. Həyəcana baxmayaraq, aşağı siniflərdə bünövrəm yaxşı olduğuna görə çox 
da çətinlik çəkmədim. Uğurlu nəticəm məni blok imtahanına daha həvəslə çalışmağa təşviq etdi".

Tunar Nadirlinin arzusu gələcəkdə peşəkar İT mühəndisi olub, ölkəmizi bu sahədə yüksək səviyyədə tanıtmaqdan ibarətdir.

"Anamın üzünün gülməsi uğur qazanmaqdan qat-qat dəyərli hissdir"

Nihad Həsənov isə Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin 11-ci sinif şagirdidir. Onun sözlərinə görə, hər fənnin öz gözəlliyi var, amma həkim olmağı qarşısına məqsəd qoyduğu üçün kimya və biologiya fənlərinə daha çox maraq göstərir.

Uşaq yaşlarından başlayaraq məktəbli dəfələrlə müxtəlif müsabiqə və yarışlarda iştirak edib. Məntiq, riyaziyyat, kimya, biologiya, təbiət və ədəbiyyat üzrə olimpiadalarda iştirak edərək qalib olub:

"2021-ci ildə kimya üzrə RFM-də 2-ci yerə, 2022-ci ildə FERMAT Beynəlxalq riyaziyyat yarışının respublika mərhələsində 2-ci yerə, 2023-cü ildə "FİSO Nature" beynəlxalq yarışının respublika mərhələsində 2-ci yerə çıxmışam, 2024-cü idə "Əlaçı" intellektual televiziya verilişinin qalibi olmuşam".

Nihad bildirir ki, ibtidai sinifdən başlayaraq, indiyə kimi bütün uğurlarında müəliimlərinin rolu böyükdür: "Bütün müəllimlərimə təşəkkür edirəm. Mənim kiçik yaşlarımdan təhsil almağım üçün çalışan anamın əziyyətinin qarşılığını vermək, həqiqətən, çox gözəldir. Anamın üzünün gülməsi uğur qazanmaqdan qat-qat daha dəyərli hissdir".

Nihad vurğulayır ki, bugünkü nəticəsinin səbəbi kiçik yaşlarından təməlinin sağlam qurulmasıdır: "Çox çalışmaqdansa, səmərəli çalışmaq, xüsusi dərslərdən əlavə ümumi sınaqlara üstünlük vermək imtahana hazırlaşdığım dövrdə istifadə etdiyim metoddur. Bundan əlavə, hər zaman oxuduğunuz dərsdən, məşğul olduğunuz işdən zövq almışam. Çünki bir işə sevgi ilə yanaşmayanda, düşünürəm ki, uğur da olmaz. İmtahan düşündüyümdən rahat başladı, stressim bir müddət sonra azaldı, özümü adi sınaq işləyirmişəm kimi hiss etdim. İmtahanı tez bitirib, dəfələrlə sualları yenidən təhlil etdim. Artıq hər şeyi düzgün yazdığıma əmin olub tərk etdim. Düşünürəm ki, əziyyət heç zaman yerdə qalmır, əvvəl-axır onun bəhrəsini görürsən. İndi bizi qarşıda blok imtahanı gözləyir və inanıram ki, orda da yaxşı nəticə göstərəcəyəm".

Gələcəkdə neyrocərrahiyyə üzrə biliklərini artırmaq, ölkəmizdə hər kəsin təhsil ala biləcəyi bir institut inşa etməyi arzu edən Nihad Həsənovun tək məqsədi hər zaman dövlətinin yanında olmaq, gələcək nəsillərinin təməllərinin sağlam atılmasına dəstək göstərməkdir.

Bu yolda istedadlı məktəblilərimizə uğurlar arzulayırıq.

Şərhlər

Xəbər lenti

19 aprel, 12:21

"Tərbiyəçi müəllimlərlə təcrübə mübadiləsi” adlı təlim keçirilib

19 aprel, 12:19

BSU-da “Autizm Aylığı” çərçivəsində seminar keçirilib

19 aprel, 11:35

Balaca astronavtlar robototexnika yarışına dəvət edilir

19 aprel, 11:27

SABAH tələbəsinin “Bir fırçanın yolu” adlı sərgisi açılıb

19 aprel, 11:18

TTKF ilə ATİAHİ arasında əməkdaşlıq genişləndirilir

19 aprel, 11:10

Yel Universitetinin tələbəsi: Gerçək dünyada dizayn hər zaman əhəmiyyətlidir

19 aprel, 10:59

“Konstitusionalizm və gənclər: hüquqi maarifləndirmənin rolu” mövzusunda görüş keçirilib

19 aprel, 10:56

“İmtahanqabağı stres və onun idarə olunması” mövzusunda təlimlər keçirilib

19 aprel, 10:51

PISA 2025 tədqiqatının əsas mərhələsinin keçirilməsinə başlanılıb

19 aprel, 10:43

Hərbi xidmətdə də təhsil almaq mümkün olacaq

19 aprel, 09:15

Bu liseyin 134 şagirdi buraxılış imtahanında uğurlu nəticə göstərib

18 aprel, 18:30

Zərif yumruqların gücü: Boksçu qızların böyük uğuru

18 aprel, 18:17

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində olublar

18 aprel, 18:15

Repetitorsuz uğur qazananlar – Hazırlığa getmədən yüksək balı necə topladılar?

18 aprel, 18:05

Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

18 aprel, 17:25

“Bu uğur mənim üçün yeni başlanğıcdır” - 300 bal toplayan Ağsu məktəblisi

18 aprel, 17:05

AzTU-da Xalq şairi Nəbi Xəzrinin yubileyi qeyd olunub

18 aprel, 16:05

E.Aslanov: Ötən il məzunlarımızın məşğulluq səviyyəsi 73% təşkil edib 

18 aprel, 15:28

BŞTİ-də yeni kadr təyinatları olub

18 aprel, 15:15

“Clarivate”in Azərbaycan dilində vebinarları davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.