Bütün xəbərlər
23 may, 10:40

Xəzər Universitetində Elm və Təhsil Nazirliyinin elmi-metodik nəşri “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının tanıtımı, eləcə də yeni çap edilmiş “Dil siyasəti və milli kimlik: Tarixi irs, müasir yanaşmalar” adlı xüsusi buraxılışının təqdimat mərasimi keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, xüsusi buraxılış Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanıb.

Tədbirdə jurnalın redaksiya heyətinin üzvləri, müəlliflər, redaksiya kollektivi, Xəzər Universitetinin akademik heyəti, tələbələr və bir sıra təhsil işçiləri iştirak ediblər. Açılış nitqində Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan müavini Pərvin Kərimova jurnalın elmi-tədris sahəsindəki rolunu vurğulayıb və xüsusi buraxılışın elmi-mənəvi əhəmiyyətini qeyd edib.

Baş redaktor səlahiyyətlərini icra edən Gülnar Əliyeva jurnalın tarixi, inkişaf strategiyası, beynəlxalq platformalarda təmsil olunması və gələcək perspektivləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O həmçinin ölkə Prezidentinin “Konstitusiya və Suverenlik İli” ilə bağlı Sərəncamına diqqət yetirərək, bu mühüm qərarın milli kimlik və dövlətçilik tariximizin təbliği və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbir iştirakçılarına xüsusi buraxılışın məzmunu, tədris sahəsindəki rolu və elmi əhəmiyyəti barədə məlumat verilib.

Redaksiya heyətinin üzvləri, müəlliflər və digər qonaqlar çıxış edərək buraxılışda yer alan mövzuların aktuallığını və dövlətçilik baxımından əhəmiyyətini vurğulayıb, həmçinin redaksiya kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Şakir CƏFƏROV

Şərhlər

Xəbər lenti

23 may, 22:33

Naxçıvanın təhsil naziri “Son zəng”lə bağlı tapşırıqlar verib

23 may, 17:55

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçiriləcək

23 may, 17:13

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

23 may, 17:07

Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ

23 may, 17:05

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 may, 16:50

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

23 may, 16:46

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23 may, 16:45

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

23 may, 16:35

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

23 may, 16:25

“Müəllimimin məni kəşf etməsi həyatımı dəyişdirdi” – Qaliblər uğurlarından danışırlar

23 may, 16:15

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23 may, 16:03

AMEA doktoranturaya sənəd qəbulu elan edir

23 may, 15:54

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub

23 may, 15:39

Bu gündən bağçalara qeydiyyat dayandırılıb

23 may, 15:18

Səssiz dağlarda yüksək nəticə: Çayrud məktəbinin sirri – REPORTAJ

23 may, 15:00

Gənclərin karyera gözləntiləri əmək bazarı reallıqlarına cavab vermir – Yeni hesabat

23 may, 14:36

Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək

23 may, 13:40

Riyaziyyat emosiyaları tənzimləyir

23 may, 13:35

Azərbaycan "Bebras" müsabiqəsinin tamhüquqlu üzvü seçilib

23 may, 13:19

“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.