
Gənclər və İdman Nazirliyi gənclərin beynəlxalq tədbirlərdə iştirakına, qlobal platformalarda Azərbaycanı layiqincə təmsil etməsinə və gənclərin beynəlxalq təcrübə qazanmasına şərait yaratmaq məqsədilə il ərzində müraciətlərin qəbulunu elan edir.
Bu barədə Gənclər və İdman Nazirliyindən "Azərbaycan müəllimi"nə məlumat verilib.
Bildirilib ki, əhəmiyyətli beynəlxalq layihə, forum və ya konfransa dəvət almısınızsa, səfərinizin dəstəklənməsi üçün aşağıdakı şərtlərlə nazirliyə müraciət edə bilərsiniz:
Müraciət müddətləri:
– Vizası olmayan şəxslər üçün: səfər tarixindən ən azı 45 gün əvvəl;
– Vizası olan şəxslər üçün: səfər tarixindən ən azı 30 gün əvvəl.
Tələb olunan sənədlər:
– Əsaslandırılmış müraciət məktubu;
– Tədbirin təşkilatçısından alınmış dəvət məktubu;
– Tədbir haqqında ümumi məlumat (o cümlədən rəsmi sayt);
– Təhsil müəssisəsi və ya təşkilatdan dəstək məktubu (əgər varsa);
– Şəxsiyyət vəsiqəsi və pasportun surəti;
– CV (təhsil, fəaliyyət və s.);
– Motivasiya məktubu.
Xərclər barədə:
– İştirak haqqı qarşılanmır;
– Nəqliyyat, ezamiyyə və viza xərclərinin dəvət məktubuna əsasən qarşılanması mümkündür.
Qeyd: Bütün müraciətlər əhəmiyyətinə uyğun olaraq dəyərləndirilir və cavablandırılır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər