Bütün xəbərlər
12 may, 11:49

Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonların şagirdləri də Respublika fənn olimpiadalarının (RFO) finalında nəticələri ilə fərqləniblər.

“Azərbaycan müəllimi” bir neçə qalib şagirdlə olimpiadaya neçə hazırlaşmaları, əvvəlki uğurları və gələcək planları barədə həmsöhbət olub.

“Hədəfim həm elmi tədqiqat aparmaq, həm də həkim kimi insanlara fayda verməkdir”

Müsahibəmə Xədicə Cabbarova ilə başlayıram. O, Şirvan şəhəri Elçin İmanov adına tam orta məktəbin 9-cu sinif şagirdidir. Bu il biologiya fənni üzrə RFO-da qızıl medal qazanıb. Xədicə deyir ki, 2023-cü ildə 7-ci sinifdə oxuyarkən Respublika fənn müsabiqəsində biologiya üzrə gümüş medal qazanıb, bu il isə "Sabahın alimləri" müsabiqəsində bürünc medal əldə edib:

“Elmə, xüsusilə biologiyaya olan marağım məni bu uğura aparan əsas motivasiya oldu. 7-ci sinifdə oxuyarkən Respublika fənn müsabiqəsində (RFM) biologiya fənni üzrə gümüş medal qazanmışdım. Həmin uğurdan sonra daha irəli getmək üçün axtarışa başladım və fənn olimpiadaları haqqında araşdırmalar etdim. Məlum oldu ki, bu olimpiadaların əsas məqsədi istedadlı şagirdlərin aşkar edilməsidir. Düşündüm ki, məqsəd istedadlı olanı üzə çıxarmaqdırsa, demək, bu yarışda iştirak etməliyəm, çünki nə gizlədim, istedadlıyam! Hazırlıq müddətində müxtəlif mənbələrdən və test tapşırıqlarından istifadə etmişəm. Gündəlik plan quraraq mütəmadi şəkildə çalışmışam və əldə etdiyim bilikləri təkrar edib möhkəmləndirmişəm. Bu yanaşma mənə həm mövzuları dərindən anlamağa, həm də suallara daha sürətli cavab verməyimə kömək etdi. Qalib olacağıma tam əmin idim. Hər mərhələdə özümə güvənirdim və nəticə etibarilə bu medala layiq olduğumu düşünürdüm. Çünki çox çalışmışdım, biliklərimə güvənirdim və məqsədimə fokuslanmışdım. O medal mənim haqqım idi. Gələcəkdə tibb sahəsi üzrə ali təhsil almaq istəyirəm. Hədəfim həm elmi tədqiqat aparmaq, həm də həkim kimi insanlara fayda verməkdir. Eyni zamanda, xaricdə təhsil aldıqdan sonra ölkəmə qayıdıb tibb sahəsində yeniliklər tətbiq etmək istəyirəm”.

“Qalib olacağıma tam əmin idim, çünki çox zəhmət çəkdim”

Növbəti müsahibim Malik Ələkbərzadədir. Malik Neftçala şəhər E.Həbibov adına 4 nömrəli tam məktəbin 9-cu sinfində oxuyur. O, coğrafiya fənnindən RFO-da qızıl medal qazanıb.

“Müsabiqəyə fənn müəllimim Elman Babaşov və məktəbin direktoru Şəfəq Balaşovanın məni həvəsləndirməsi sayəsində qoşuldum. Fənn müəllimim Elman müəllimlə hazırlaşmışam. Həmçinin müəyyən kitablardan istifadə etmişəm. Qalib olacağıma tam əmin idim, çünki çox zəhmət çəkdim. RFO-da 2023-2024-cü tədris ilində gümüş medal qazanmışam. Bu il "Əlaçı" verilişində iştirak etmişəm. Əvvəlki illərdə RFM-də iştirak etmiş və finala qədər yüksəlmişəm. II qrup üzrə hazırlaşıram, mühasib olmağı düşünürəm”.

“İnam uğurun əsas hissəsidir”

Cabir Bağırlı ilə də həmsöhbət oluruq. Cabir Salyan rayonu Maqsud İsmayılov adına Yolüstü kənd tam orta məktəbin 11-ci sinif şagirdidir. O, RFO-da coğrafiya fənni üzrə qızıl medal əldə edib:

“Uşaqlıqdan coğrafiyaya marağım bu müsabiqədə iştirakıma səbəb oldu. Bu olimpiadaya hazırlaşmağımda həm sinif rəhbərim, həm də coğrafiya müəllimim olan Sabir Mənsimov mənə dəstək olub. Olimpiadada qalıb olacağıma əmin idim, çünki inam uğurun əsas hissəsidir. Ötən il RFO-da coğrafiya fənni üzrə gümüş medal qazanmışam. Gələcək hədəfim yüksək səviyyəli bir universitetdə təhsil almaq və uğurlarımı davam etdirməkdir”.

“9-cu sinifdə medal qazanmağı hədəf qoymuşdum”

Daha müsahibimiz isə Mətin Bahadırlıdır. O, Salyan rayonu Yuxarı Noxudlu kənd tam orta məktəbin 9-cu sinif şagirdidir. Mətin RFO-da tarix fənni üzrə gümüş medal qazanıb:

“Tarix fənninə sevgim bu müsabiqədə iştirakıma səbəb oldu. Olimpiadaya fənn müəllimim Əli Novruzovla hazırlaşmışam. Final mərhələsində iştirak etdikdən sonra qalib olacağıma əmin idim. 8-ci sinifdə bu müsabiqənin yarımfinal mərhələsinə qədər yüksəlmişəm. Yarımfinal mərhələsindən finala çox az bal fərqinə görə keçə bilməmişdim. Bundan sonra daha çox çalışıb 9-cu sinifdə medal qazanmağı hədəf qoydum. Gələcək planım növbəti illərdə yenidən medal qazanmaqdır. Seçdiyim ixtisas tarix müəllimliyidir, gələcəkdə bu sahə üzrə təhsil almaq istəyirəm”.

Qalib şagirdlərin bu uğurlarını gördükcə onların gələcək arzularının istədikləri şəkildə olacağına əmin ola bilərik. Onlara – zəhmətkeş və istedadlı şagirdlərimizə bu yolda uğurlar diləyirik!

Şərhlər

Xəbər lenti

20 avqust, 09:40

SABAH.HUB tərəfindən təşkil olunan proqram üçün müraciət müddəti uzadılıb

20 avqust, 09:33

MİQ-in müsahibə mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

20 avqust, 09:30

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb

20 avqust, 09:21

Azərbaycan Milli Konservatoriyası vakansiya elan edib

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.