Bütün xəbərlər
2 may, 11:57

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq arenada növbəti uğura imza atıb. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, AzMİU 2025-ci ildə ilk dəfə olaraq dünyanın nüfuzlu reytinq sistemlərindən biri olan “QS Stars” qiymətləndirməsində iştirak edib və ümumi nəticə üzrə ən yüksək göstərici olan 5 ulduzu qazanmağa nail olub.

“QS Stars” – beynəlxalq ali təhsil müəssisələrinin müxtəlif sahələr üzrə fəaliyyətini qiymətləndirən və 9 əsas meyar üzrə ulduzlarla dəyərləndirən bir sistemdir. Hər bir meyar üzrə maksimal nəticə 5 ulduzla ifadə olunur. AzMİU bu qiymətləndirmədə yüksək nəticə göstərərək bir sıra sahələrdə 5 ulduzla təltif olunub.

AzMİU-nun “QS Stars” reytinqində əldə etdiyi nəticələr aşağıdakı kimidir:

∙ Tədris - 5 ulduz

∙ Şərait və imkanlar - 5 ulduz

∙ Məzunların məşğulluğu - 5 ulduz

∙ Səmərəli idarəetmə - 5 ulduz

∙ Sosial təsir - 5 ulduz

∙ Qlobal fəaliyyət - 4 ulduz

∙ Akademik inkişaf - 3 ulduz

∙ İncəsənət - 3 ulduz

∙ Müxtəliflik, bərabərlik və inklüzivlik - 5 ulduz

Bu nəticə AzMİU-nun tədris keyfiyyəti, kampus imkanları, məzunlarının əmək bazarına uğurlu inteqrasiyası, idarəetmə mexanizmləri və beynəlxalq əməkdaşlıq sahəsində göstərdiyi yüksəksəviyyəli fəaliyyətinin bariz göstəricisidir.

AzMİU-nun “QS Stars” reytinqində əldə etdiyi ümumi 5 ulduzlu nəticə universitetin beynəlxalq standartlara cavab verdiyini, davamlı inkişaf strategiyasına malik olduğunu və qlobal təhsil məkanında mövqeyini möhkəmləndirdiyini təsdiqləyir.

Şərhlər

Xəbər lenti

2 may, 20:20

Müəllimlik Peşəsi üzrə Beynəlxalq Sammit

2 may, 19:25

“Avropada məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri 2022/2023”

2 may, 17:50

Elmi inteqrasiyanın yeni mərhələsi: Batabat Astrofizika Rəsədxanasının üstünlükləri və imkanları

2 may, 17:48

Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi

2 may, 17:31

6 apreldə keçirilmiş imtahanlarda 8 nəfərin nəticələri ləğv edilib

2 may, 17:20

Naxçıvana ilk medalı gətirən şagird – Süni intellektli robot da hazırlayıb

2 may, 17:16

Aprelin 6-da keçirilmiş imtahanların nəticələri açıqlandı

2 may, 17:03

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

2 may, 16:59

“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir

2 may, 16:47

Tələbə qəbulu qaydalarında bəzi dəyişikliklər edilib

2 may, 16:43

“Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilir

2 may, 16:30

Qazaxıstanın "500 alim" layihəsi – Beynəlxalq təcrübə

2 may, 16:30

Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar

2 may, 16:27

Narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib

2 may, 16:24

Ötən ay xaricdə təhsil alan 351 nəfərin diplomu tanınıb

2 may, 16:07

Tələbələr üçün 1500-dən çox iş və təcrübə imkanı – Kimlər yararlandılar?

2 may, 15:37

Aqrar sığorta eksperti olmaq üçün tələb olunan ixtisaslarda dəyişiklik edilib

2 may, 15:29

ADPU-da növbəti dəfə "Mən rəhbər olsam” layihəsi keçirilib

2 may, 15:23

Apellyasiya Komissiyası fəaliyyətə başlayacaq

2 may, 15:05

Bəzi universitetlərin magistraturalarına qəbul qaydası dəyişib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.