
Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsi üzrə müsahibələrə start verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, aprelin 22-dən 25-dək keçiriləcək müsahibə mərhələsində namizədlərin ünsiyyət və təqdimat bacarıqları, liderlik və idarəetmə keyfiyyətləri, eləcə də məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi qiymətləndiriləcək.
Müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Xatırladaq ki, test imtahanı mərhələsini uğurla tamamlayan 214 namizəd müsahibədə iştirak hüququ qazanıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər