Bütün xəbərlər
20 may, 21:02

Bakı Avropa liseyində “Gələcəyin peşələri” mövzusunda “4SİM Talks” tədbiri keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM Azərbaycan / C4IR Azerbaijan) tərəfindən təşkil olunan tədbir gələcəyin peşələri, rəqəmsal bacarıqlar və 4-cü sənaye inqilabı texnologiyalarının təbliği məqsədilə həyata keçirilib. Şagirdlər, müəllimlər və texnologiya mütəxəssislərinin iştirakı ilə keçirilən tədbirdə real həyat nümunələri, peşəkar çıxışlar və motivasiya hekayələri təqdim olunub.

Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova gənclərin peşə seçimi üçün tədbirin əhəmiyyətini vurğulayıb.

4SİM-in icraçı direktoru Fariz Cəfərov çıxışında mərkəzin fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıqları və texnologiyaların tətbiqi ilə bağlı mühüm məqamları iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, yaxın vaxtlarda Bakıda bulvar ərazisində Sənaye 4.0 Mərkəzinin açılışı planlaşdırılır.

“Artıq gələcəkdə insanları bu texnologiyalardan, bu texnologiyaları isə insanlardan ayrı düşünə bilməyəcəyik. İnsanların həyata keçirməsi riskli və təhlükəli olan işləri robotlar yerinə yetirəcək. İnsan həyatının qorunması məqsədilə qabaqcıl texnologiyaların imkanlarından istifadə olunacaq”, – deyə o qeyd edib.

Fariz Cəfərov həmçinin bildirib ki, 4SİM-in Çağrı Mərkəzində süni intellektin tətbiqinə start verilir və yaxın zamanlarda vətəndaşlar mərkəzə müraciət edərkən süni intellekt əsaslı operatorlarla əlaqə saxlayacaqlar. Onun sözlərinə görə, süni intellekt vasitəsilə qədim yazıların öyrənilməsi, 4D printerlər sayəsində isə insan orqanizmini əvəz edə biləcək nanotexnoloji elementlərin yaradılması artıq reallığa çevrilməkdədir.

Tədbirdə “PAŞA Bank”ın Data mühəndisliyi şöbəsinin müdiri Əbdüləli Əliyev bankın süni intellekt və böyük verilənlərə əsaslanan layihələri barədə danışaraq bu texnologiyaların bank sahəsində tətbiqi, proseslərin avtomatlaşdırılması və müştəri məmnuniyyətinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.

“Sabah.lab” Akselerasiya və İnkubasiya Mərkəzinin rəhbəri Rafiq Allahverdiyev çıxışında mərkəzin texnologiya və innovasiya sahəsində apardığı fəaliyyət, gənclərin ideyalarının inkişafı və reallaşması üçün təqdim olunan imkanlar haqqında ətraflı məlumat verib. O bildirib ki, mərkəz ilkin mərhələli startaplara MVP hazırlanması, bazara çıxış, istifadəçi cəlbi və investorlarla əlaqələrin qurulması sahəsində dəstək göstərir. Həmçinin “SABAH.fund” investisiya fondu vasitəsilə bu startaplara maliyyə yardımı təmin olunur.

Tədbir çərçivəsində uğur hekayələri də səsləndirilib. “Edtesk” MMC-nin təsisçisi, Prezident mükafatçısı və “Teknofest”in qalibi Şahin Xəlilov çıxış edərək universitetdə oxuyarkən yaratdığı “ağıllı” eynək layihəsi və texnologiya sahəsində qazandığı uğurlar barədə danışıb. O, şagirdlərə texnoloji inkişafın önəmini və motivasiyanın gücünü aşılamağa çalışıb.

Tədbirdə “NASA Space Apps Baku 2024” üzrə rəhbər XI sinif şagirdi Yusuf Kərimli də çıxış edərək gənc yaşda beynəlxalq layihələrdə iştirakının ona qazandırdığı təcrübələri bölüşüb. Onun çıxışı tədbir iştirakçılarında böyük maraq doğurub.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

Qeyd edək ki, 4SİM 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi sahəsində maarifləndirməni artırmaq məqsədilə mütəmadi olaraq müxtəlif auditoriyalarda “4SİM Talks” adlı silsilə tədbirlər təşkil edir. Bu təşəbbüsün əsas məqsədi təhsil müəssisələri, dövlət və özəl sektor nümayədələri arasında süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4-cü sənaye inqilabı texnologiyaları sahəsi üzrə maarifləndirməni artırmaq və karyerasını bu sahə üzrə davam etdirmək istəyənlər üçün uğurlu yol xəritəsini yaratmağa kömək etmək və bu sahədə dünya təcrübəsini paylaşmaqdır.

1 /5

Şərhlər

Xəbər lenti

21 iyun, 11:40

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 11:28

Sertifikatlaşdırma qaydalarında dəyişiklik gözlənilirmi? – AÇIQLAMA

21 iyun, 11:07

Gələcəyin müəllimləri məzun oldu: ADPU-da “Məzun günü”

21 iyun, 11:05

Türkiyənin məktəblərində yenidən vahid geyim forması tətbiq olunacaq

21 iyun, 10:55

Hafiz Paşayev: ADA-da yeni ixtisaslar açılacaq, tədris binaları istifadəyə veriləcək

21 iyun, 10:46

Qırğızıstanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

21 iyun, 10:33

İmtahandan uğurla keçən 123 nəfərin təhsil xərclərini TİF qarşılayıb

21 iyun, 10:12

Nazir müavini Azərbaycan və Özbəkistanın Hökumətlərarası Komissiyasının iclasında çıxış edib

21 iyun, 09:54

Universitetlərin reytinqində Azərbaycan ən çox irəliləyən iki ölkədən biridir

21 iyun, 09:54

Təhsildə hər bir nöqsanın aradan qaldırılması zaman tələb edir – MÜSAHİBƏ

21 iyun, 09:45

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

21 iyun, 09:43

Sergey Xristolyubov: Reytinq Azərbaycanın Qafqazda ali təhsil sahəsində danılmaz liderliyini təsdiqləyir

21 iyun, 09:33

Təkrar sertifikatlaşdırmada iştirak edənlər: Çox sanballı suallar seçilmişdi

21 iyun, 09:25

Universitetlərimiz əsas indikatorlar üzrə müsbət dinamika nümayiş etdiriblər – Təhsil eksperti  

21 iyun, 09:00

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

20 iyun, 18:15

Şəhid övladı olan müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

20 iyun, 17:33

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera Günü” keçirilib

20 iyun, 17:30

“İşəgötürənləri dərslərdə iştirak etməyə dəvət edirik” – Ceyhun Kərəmov

20 iyun, 17:20

“Aylarla hazırlığa ehtiyac yoxdur” – Sertifikatlaşdırma təcrübələri

20 iyun, 16:55

Rəhim Bayramlı: “Baku ID” lokal çərçivədən çıxaraq regional miqyas alır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.