
Naida Pirverdiyeva 2022-ci il Bakı Ali Neft Məktəbi (BANM) MBA məzunudur. Son iki ildir ki, Səudiyyə Ərəbistanında və beynəlxalq arenada idarəetmə sahəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərir. O, məkan əməliyyatları üzrə menecer, işçi qüvvəsi üzrə menecer, qonaqlarla əlaqələr üzrə menecer və təlimçi kimi müxtəlif vəzifələrdə çalışıb.
BANM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, Naida Pirverdiyeva Özbəkistan, Türkiyə və Rusiyada keçirilən “Gənclərlə iş və könüllülük proqramlarının qurulması” mövzusunda beynəlxalq forumlarda gənc ekspert kimi iştirak edib. 44 günlük Vətən müharibəsi dövründə isə Azərbaycan Könüllü Təşkilatları İttifaqında layihələr üzrə menecer vəzifəsində çalışıb, informasiya müharibəsində fəal iştirak edib.
N.Pirverdiyeva “Bakı-2015” ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula 1 Azərbaycan Qran-Prisi kimi irimiqyaslı layihələrdə fəal iştirak edib. Fəaliyyət sahələri isə təlimçilik, gənclərlə iş və sosial layihələrdir.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər