Bütün xəbərlər
18 aprel, 11:27

Martın 9-da keçirilən XI sinif buraxılış imtahanında ən yüksək nəticə göstərən 20 şagirddən biri də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Astara rayonu N.Kərimov adına Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdi Əliəkbər Ağayevdir. 

“Azərbaycan müəllimi” Əliəkbərin uğur hekayəsinə qısa nəzər salıb. 

Hər bir uğurun arxasında böyük zəhmət, fədakarlıq və inancla dolu bir yol durur. Bu fikrin canlı sübutlarından biri də Əliəkbərdir. O, buraxılış imtahanında maksimum nəticə göstərərək həm ailəsinin, həm də müəllimlərinin qürur mənbəyinə çevrilib. 

Əliəkbərin sözlərinə görə, bu uğurun ən əsas sirri özünə güvənmək və hədəfinə inanmaq olub: “Özümə güvənirdim. İnanırdım ki, bu balı toplayacağam. Əlbəttə, valideynlərimin də dəstəyi böyük rol oynayıb. Onların inamı məni daha da ruhlandırırdı”. Əliəkbər deyir ki, imtahana hazırlıq dövründə bütün fənlərə eyni dərəcədə önəm verib. Çətinliklərlə qarşılaşdığı hallarda isə müəllimlərinin dəstəyindən istifadə edib: “Bütün fənlərə eyni zaman ayırdığım üçün hamısının öhdəsindən gələ bilirdim. Çətinlik çəkdiyim zaman da müəllimlərim yanımda olurdu, suallarımı səbrlə cavablandırırdılar”.

“Planlı çalışma və düzgün vaxt bölgüsü”

Onun uğur formulu sadə, lakin hər kəs üçün nümunə ola bilər: planlı çalışma və vaxtın düzgün bölüşdürülməsi. Əliəkbər deyir ki, dərslə yanaşı istirahətə də vaxt ayırmaq ona daha uğurlu nəticələr əldə etməyə imkan verib: “Cədvəlimi düzgün planlaşdırdığım üçün həm dərsə, həm də istirahətə vaxt ayıra bilirdim. Yorğun beyinlə dərs oxumağın faydası olmur”.
Əliəkbər uğur yolunda ailəsinin dəstəyini xüsusilə vurğulayır. Onun sözlərinə görə, bu gün qazandığı nailiyyətlərin bünövrəsi ibtidai sinifdə qoyulub: 

“Ən böyük əmək anamındır. İbtidai sinifdə bünövrəmi qoymaqda onun rolu danılmazdır. Bundan başqa, atamın riyazi biliklərindən də çox faydalanmışam. Hər zaman mənə dəstək olublar”. Gələcək arzusu isə bir çox gəncin seçmək istədiyi, şərəfli və məsuliyyətli bir peşədir. Əliəkbər həkim olmağı arzulayır və bu yolda səylə çalışmağa davam edir.

Əliəkbər Ağayevin hekayəsi sübut edir ki, qarşıya məqsəd qoyduqda, ona doğru inamla və əzmlə irəlilədikdə uğur qaçılmaz olur. Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş keçirilən buraxılış imtahanında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni əldə edib.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

17 sentyabr, 11:29

Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər

17 sentyabr, 11:03

Universitetlərin inkişaf yolu: Rəqəmlərdən keyfiyyətə doğru

17 sentyabr, 10:47

Təhsilini yarımçıq qoymuş 36 tələbə AzMİU-ya bərpa olunub

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.