
Aprel ayından etibarən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) şəhər və rayon komitələri tərəfindən təhsil işçiləri arasında şahmat turniri keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, yarışların keçirilməsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində çalışan təhsil işçiləri arasında intelektual idman növü olan şahmat oyununu təbliğ etmək, eyni zamanda, müəllimlərin asudə vaxtlarını mənalı və səmərəli təşkilindən ibarətdir.
Qeyd edək ki, şahmat turniri Bakının Yasamal, Səbail, Nərimanov və ölkənin digər şəhər və rayonlarında keçirilir.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər