Bütün xəbərlər
18 aprel, 09:45

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşəbbüsü, ETN İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universitetinin dəstəyi ilə keçirilən “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfransında çıxış edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, akademik R.Əliquliyev müasir incəsənət məkanında süni intellekt problemlərinə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb, bu konfransı dövlət başçısının cari il martın 19-da imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn vəzifələrin icrası istiqamətində mühüm addım kimi qiymətləndirib.

Alim süni intellekt texnologiyalarının ictimai həyatın bütün sferalarına sürətlə nüfuz etdiyini söyləyib: “XXI əsrdə süni intellekt fövqəl gücə və inqilabi xüsusiyyətlərə malik olan vasitə kimi artıq bütün dünya ölkələrinin strateji potensialının ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Hazırda dünyanın super dövlətləri süni intellekt sahəsində qlobal texnoloji liderliyi əldə etmək məqsədilə bu sferanın inkişafı üçün böyük maliyə vəsaiti ayırır, strateji qərarlar qəbul edir”.

Akademik R.Əliquliyev Azərbaycan dövlətinin də süni intellekt ideologiyasını dəstəkləyərək bu istiqamətdə mühüm qərarlar verdiyini, zəruri addımlar atdığını bildirib. Eyni zamanda, müvafiq sahədə fəaliyyət göstərən alim və mütəxəssislərin süni intellekt məsələlərini daim diqqət mərkəzində saxladıqlarını, onun müxtəlif aspektləri, problemləri ilə bağlı multidisiplinar tədqiqatlar apardıqlarını deyib.

Son illər, xüsusilə də 2015-ci illərdən etibarən süni intellekt sahəsində qlobal miqyasda ciddi irəliləyişlərin müşahidə olunduğunu diqqətə çatdıran baş direktor əlavə edib ki, başlıca səbəblərdən biri bu sahənin inkişafı üçün zəruri olan texnoloji bazanın formalaşmasıdır: “Artıq mövcud baza əsasında süni intellekti müxtəlif sferalara tətbiq etməklə konkret nəticələr əldə etmək mümkündür. Lakin bu istiqamətdə bir sıra ciddi problemlər mövcuddur”.

“Süni intellekt, əsasən, in­sanın təbii intellektindən yararlanır”, – deyən alimin sözlərinə görə, bu gün kompüter elmləri və süni intellektin sürətlə inkişaf etməsinə baxmayaraq, müasir texnologiyaların tətbiqi ilə bağlı ən çox problemlərin müşahidə olunduğu sahə yaradıcılıq prosesidir. Bununla belə, mədəniyyət və incəsənət sahələrində, eləcə də digər humanitar istiqamətlərdə təfəkkür prosesinin emalı, yaradılan biliklərin generasiyası və onların riyazi modelləşdirilməsi hələlik istənilən səviyyədə deyil.

Akademik R.Əliquliyev bildirib ki, ötən əsrin 60-cı illərindən başlayaraq informasiya texnologiyalarının musiqi, rəssamlıq və digər sahələrdə tətbiqi ilə bağlı müəyyən nailiyyətlər əldə edilmişdir. Lakin buna baxmayaraq, insan intellektinə xas olan xüsusiyyətlər – düşünmək, yaratmaq və gələcəyi görmək kimi mürəkkəb idrak proseslərinin və generasiya olunan biliklərin modelləşdirilməsi bu gün ciddi bir çağırış olaraq qalır: “Süni intellektə qədərki dövrdə informasiya texnologiyalarının tətbiqi prosesində riyaziyyatın rolu həlledici olmuşdur. Məhz riyaziyyatın yaratdığı alqoritmlər nəticəsində sənət əsərləri meydana çıxırdı”.

Alimin sözlərinə görə, real süni intellekt əsərlərinin əldə olunması üçün ən vacib şərt seçilmiş obyekt haqqında zəruri həcmdə verilənlərin olmasıdır. Nəqliyyat vasitələrinin işləməsi üçün yanacaq tələb olunduğu kimi, süni intellektin də “qidası”, “yanacağı” – məhz verilənlərdir, məlumatlardır. Əgər bu məlumatlar yoxdursa, süni intellekt sadəcə səmərəsiz bir alətə çevrilir. Bu kontekstdə qarşıda duran ən mühüm vəzifələrdən biri biri ölkəmizdə rəqəmsal mədəniyyət və rəqəmsal incəsənətin inkişafı üçün zəruri olan informasiya resurslarının yaradılmasıdır. Mədəniyyət və incəsənət sahəsində tarixən qorunub saxlanılan qramofon yazıları, audio kasetlər, disketlər və digər qurğularda saxlanılan materiallar sistemli şəkildə arxivləşdirilməli, vahid rəqəmsal mədəniyyət ekosistemi formalaşdırılmalıdır.

Akademik R.Əliquliyev çıxışı zamanı süni intellekt sahəsində kadr çatışmazlığı məsələsinə də toxunub. Bildirib ki, ölkəmizdə informasiya texnologiyaları sahəsində müəyyən kadr potensialının mövcud olmasına baxmayaraq, süni intellekt artıq müstəqil istiqamət, spesifik bilik sahəsi kimi fərqləndiyinə görə, bu sahədə də xüsusi ixtisaslar tələb olunur.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, alim və mütəxəssislər ilk növbədə, süni intellekt texnologiyalarının inkişafı və tətbiqi ilə bağlı qarşıda duran problemləri aydın şəkildə müəyyənləşdirməli, onların həllinə dair kompleks və sistemli tədbirlər həyata keçirməlidir. Bu prosesdə həm elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, həm də müvafiq dövlət qurumları birgə fəaliyyət göstərməlidir.

Şərhlər

Xəbər lenti

23 avqust, 20:34

Milli Qəhrəmanın oğlu tələbə oldu

23 avqust, 19:46

Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq

23 avqust, 18:09

“Azərbaycan müəllimi” milli müsabiqəsinin qalibləri mükafatlandırılıb

23 avqust, 15:04

BSU-da qəbul planı 99.3% yerinə yetirilib

23 avqust, 11:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı" günü keçirilib

23 avqust, 10:55

Talış və Sus məktəblərinin bütün məzunları tələbə adını qazandılar

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.