Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi mübadilə proqramı çərçivəsində Çexiyanın Ostrava Texniki Universitetində (VSB-TU Ostrava) təhsil alır. Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Oktay Əmrahov, Elşən Salahov, Rəvan Yusifov, Ayxan Seyidli, Mahmud Dadaşov və Ruslan Əlizadə Çexiyada bir semestr oxuyacaqlar.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tələbələr proqram çərçivəsində akademik biliklərini artırmaqla yanaşı, “Azərbaycanı tanıyaq” layihəsini təqdim ediblər. Onlar tələbə yoldaşlarını Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatlandırıblar. Eləcə də Azərbaycanın COP29 çərçivəsində əldə etdiyi uğurlar və iqlim dəyişikliklərinə qarşı görülən tədbirlər haqqında ətraflı təqdimat hazırlayıblar.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)