Bakı Dövlət Universitetinin (BDU) inkişaf strategiyasında dünyanın nüfuzlu elm və təhsil müəssisələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı elm, təhsil mübadiləsinin təmin edilməsi xüsusi önəm daşıyır. Bu məqsədlə BDU ilə Rumıniyanın Qərbi Timişoara Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, müqavilədə tələbələrin, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 1944-cü ildə qoyulan Qərbi Timişoara Universiteti “QS Avropa Universitetləri” reytinqində 52-ci sırada yer alır. Universitetin 11 fakültəsində 16 minə yaxın tələbə təhsil alır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)