Bütün xəbərlər
15 may, 17:46

Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Milli mətbuat tarixi" auditoriyasının açılışı olub. 

BDU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, açılış mərasimində çıxış edən rektor Elçin Babayev son illərdə BDU-nun Jurnalistika fakültəsində medianın müasir çağırışlarına uyğun islahatların aparıldığını deyib. O bildirib ki, fakültədə yeni ixtisas və ixtisaslaşmalar açılıb, müxtəlif ixtisaslaşmış otaqlar istifadəyə verilib. Yeni açılan "Milli mətbuat tarixi" auditoriyası Azərbaycan mətbuatının keçdiyi şərəfli tarixi əks etdirməklə bərabər, medianın qarşısında duran vəzifələrin müzakirə olunacağı əsas platformaya çevriləcək. 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid "Milli mətbuat tarixi" auditoriyasının açılmasını milli mətbuatın 150 illik yubileyinə böyük töhfə adlandırıb və onun səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib. 

Auditoriyada “Bakı Universiteti” qəzetinin milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş xüsusi nömrəsinin təqdimatı keçirilib. Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, türkiyəli professorlar Aysel Aziz, Nilufer Timisi mühazirə deyiblər.

1 /7

Şərhlər

Xəbər lenti

1 iyul, 21:00

50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur

1 iyul, 18:52

Xorvatiyada təhsil və bacarıqlar

1 iyul, 18:13

Uşaq mərkəzli öyrənmə

1 iyul, 17:47

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.