Bütün xəbərlər
30 aprel, 13:10

““ELSA Roadmap”da ingilis dili səriştələri ilə bağlı milli hədəflər öz əksini tapıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi ilə Britaniya Şurası arasında imzalanmış birgə fəaliyyət planı çərçivəsində Təhsil İnstitutu ilə əməkdaşlıqda hazırlanmış “ELSA Roadmap” (English Language Strategy for Azerbaijan Roadmap – Azərbaycan üçün ingilis dili strategiyası yol xəritəsi) sənədinin təqdimat mərasimində sənədin hazırlanmasında iştirak etmiş beynəlxalq ekspert Simon Borg səsləndirib.

O bildirib ki, artıq yeni kurikulumda dil tədrisi ilə bağlı vacib olan dörd bacarıq: oxu, yazı, dinləmə və danışma inteqrasiya olunmuş şəkildə tədris üçün təqdim edilib.

“Mən deyərdim ki, bu yeni kurikulum əladır. Lakin burada nəzərə almaq lazımdır ki, dərs saatları nə qədərdir, müəllim hazırlığı hansı səviyyədədir və qiymətləndirmə alətləri tam şəkildə varmı?”, – deyə Simon Borg əlavə edib.

Onun sözlərinə görə, ingilis dili ilə bağlı yol xəritəsinin uğurlu tətbiqi üçün bu amillər olduqca vacibdir. Ekspert vurğulayıb ki, müəllim səriştələrinə təsir edən beş əsas amil müəyyən edilib:

– Pedaqoji təhsil;
– İlkin dəstək: yeni başlayan müəllimlərə ən azı ilk iki il ərzində dəstək göstərilməsi vacibdir;
– Özünüinkişaf imkanları yaratmaq;
– Müəllimlərin qiymətləndirilməsi;
– Yeni sertifikatlaşdırma mexanizmləri.

O bildirib ki, hazırda Azərbaycanda tətbiq olunan yeniliklər beynəlxalq təcrübələrə uyğun şəkildə həyata keçirilir. Bu dəyişikliklərə yeni kurikulumun və dərsliklərin hazırlanması da daxildir. 

“Yeni dərsliklər sadəcə tərcümə deyil, eyni zamanda, Azərbaycan kurikulumuna uyğunlaşdırılmış şəkildə hazırlanır. Bu da təhsil sistemində müsbət dinamikanın göstəricisidir”, – o vurğulayıb.

Bununla belə, xarici ekspert çatışmayan cəhətlərin də olduğunu diqqətə çatdırıb: “Əsas problemlərdən biri xarici dil üzrə sertifikatlaşdırmada danışıq meyarının kifayət qədər nəzərə alınmamasıdır ki, bu da dil tədrisinə mənfi təsir göstərir. Azərbaycanda ingilis dili tədrisindəki əsas problemlərdən biri də müəllimlərin məhdud kompetensiyaları və dörd bacarığa əsaslanan qiymətləndirmələrin olmamasıdır”. 

O həmçinin təklif edib ki, "İngilis dili müəllimliyi" ixtisası üzrə qəbul aparılarkən abituriyentin 11 illik xarici dil üzrə ümumi orta müvəffəqiyyət göstəricisi də nəzərə alınsın: “Hazırlanan bu yeni sənəddə bu da təklif edilib”.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.