
2 maydan etibarən “BilBacar” müsabiqəsinin hazırlıq mərhələsinə başlanılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, qeydiyyatdan keçən şagirdlər hesablarına daxil olmaqla hazırlıq bölməsi üzrə sualları cavablandıra bilərlər.
Bildirilir ki, hazırlıq mərhələsi iştirakçıların yarış mərhələsinə hazırlığı üçün nəzərdə tutulub. Şagirdlər bu bölməyə istənilən məkandan və istənilən vaxt (kompüter, planşet və ya telefon vasitəsilə) daxil ola bilərlər. Hazırlıq bölməsində hər doğru cavab 1 balla qiymətləndirilir. Bu mərhələdə tapşırıqlar 1 ay müddətində açıq olacaq.
Qeyd edək ki, “BilBacar” müsabiqəsinin may ayı üzrə hazırlıq mərhələsi 150 dəqiqə davam edəcək.
“BilBacar” müsabiqəsinin keçirilməsində məqsəd VIII, IX və X siniflərdə təhsil alan şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda istifadə etmək qabiliyyətini inkişaf etdirmək və real həyatda tətbiq etməyə sövq etməkdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər