Bütün xəbərlər
14 aprel, 11:08

Bu gün orta və ali təhsil qarşısında duran ən mühüm vəzifə müstəqil həyata qədəm qoyan orta məktəb məzununa zəruri bilik, bacarıq, səriştələr aşılamaq və onu sürətlə dəyişən həyata hazırlamaqdır. Elm və Təhsil Nazirliyinin təlimatına uyğun olaraq ali məktəblərdə tədris-təlim prosesinin keyfiyyətini yüksəltmək məqsədilə milli kurikulumun icrasını nəzərdə tutan səriştəliyə əsaslanan yanaşmalar tətbiq edilir. Yuxarıda qeyd edilmiş konseptual yanaşmanın praktik icrasına nail olmaq üçün ADU məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsilə bağlı II regional konfrans çərçivəsində Şəki-Zaqatala regionunda xarici dil müəllimləri ilə görüşlər keçirildi. Konfrans 788 xarici dil müəllimi ilə Oğuz, Şəki, Qax, Balakən, Zaqatala rayonlarını əhatə edirdi. 

Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdullanın rəhbərliyi ilə dilçilər, metodistlər, pedaqoq və psixoloqlardan ibarət yüksək ixtisaslı professor-müəllim heyəti iştirak edirdi. Alman, fransız və ingilis dili müəllimlərinin ixtisas və peşə hazırlığı ilə əlaqədar ən müasir təlim texnologiyalarını mükəmməl bilən universitet əməkdaşları məzunların professionallıq və peşə vərdişlərini yüksəltməyi qarşılarına məqsəd qoymuşdular. 

Çox sürətlə dəyişən dünya təhsil standartlarına, zəruri məzmununa və həcminə, zamanın tələbinə uyğun yanaşma tələb edir və bu proses getdikcə çox vacib praktik yanaşmanı zərurətə çevirir. Pedaqoji hadisələrin islahatlara cəlb olunması, yeniliyin pedaqoji proseslərin bütün sahələrini əhatə etməsi ADU-nun rektoru akademik K.Abdullanın belə bir layihənin formalaşdırmasına səbəb oldu. Son iki tədris ilində minlərlə xarici dil müəlliminin peşə vərdişlərinin səriştəliliyini artırmaq və inkişaf edən həyati çağırışlara cavab vermək məqsədilə regional konfranslar keçirildi. 

Azərbaycanın orta təhsil müəssisələrində xarici dillər ənənəvi olaraq alman, fransız və ingilis dillərində aparılır və konfransın gedişində müəllimlərin ixtisas bilikləri və peşə hazırlığı ilə bağlı, tədris prosesi nəticəsində ortaya çıxan çətinliklərin müzakirəsi, aradan qaldırılması, yeni təlim texnologiyalarının tətbiqi ilə əlaqədar müvafiq səriştələrin formalaşdırılmasında daha çox səmərə verə biləcək qabiliyyətləri şagirdlərə aşılamağın yolları konfransın metodik seminarlarında 4 bölmədə həyata keçirildi. 

Məzunların ixtisas hazırlığı və peşə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı universitetdə elmi-nəzəri konfranslar hər il keçirilir və əldə edilən nəticələr kadr hazırlığında ixtisas və peşə hazırlığını inkişaf etdirmək üçün auditoriyalara daşınır. Universitetin auditoriyaları daxilində müzakirələr, “dəyirmi masa”larda formalaşan fikirlər, orta məktəblə bağlı sıx əlaqələr, akademik K.Abdullaya belə qənaətə gəlməyə əsas verdi ki, dərsliklərdə, təlimin tədrisi prosesində, xarici dilin, ünsiyyət, təlim-idraki, idraki hədəflərinə çatmaqda boşluqlar yaranmaqdadır və bu faktı aradan qaldırmaq zamanıdır. 

Rektor çıxışında yaranan boşluqların doldurulmasında konfrans iştirakçılarını universitet kollektivi ilə canlı müsahibələrə dəvət etdi. 

Məzunlarla pedaqoji müstəvi əsasında müəllim-şagird şəxsiyyətlərarası münasibətlərinin, təlimin effektivliyinə təsiri ilə bağlı müzakirələr aparıldı. Müəllimlər rəqəmsal düşüncə tərzinə malik şagirdlərin pedaqoji prosesdə idarə edilməsi ilə bağlı şagirdin yaş xüsusiyyətlərinə uyğun yanaşmalar təklif etdilər. 

Konfransın qarşısında duran iki metodik vəzifənin həyata keçirilməsinin istiqamətləri əvvəldən ADU-nun rektoru K.Abdulla tərəfindən nəzəri cəhətdən hazırlanıb. 

İxtisas bacarıqlarının formalaşmasında yaranmış boşluqlar həm faktik olaraq konfransın metodik seminarlarında, həm də strateji fəaliyyət planı kimi hazırda kadr hazırlığında aradan qaldırılması nəzərdə tutulmuşdu. Metodik seminarlarda xarici dil müəllimlərinin ixtisas bacarığının yaradılması ilə bağlı müzakirələrdə, dərsliklərin yenilənməsi, ona müvafiq təlim texnologiyalarının tətbiqi, yazılı və şifahi nitqin inkişaf etdirilməsi məqsədilə formalaşdırılacaq səriştələrin həm icra elementləri, həm də nəzəri təşkilediciləri barədə qarşılıqlı pedaqoji mübadilənin çox böyük təsiri olduğunu hiss etdik. Qarşılıqlı pedaqoji müsahibələr nəticəsində orta məktəb müəllimlərində belə bir fikri aşılamağa cəhd edildi ki, xarici dildə şifahi nitqi inkişaf etdirmək, ünsiyyətə yiyələnmək üçün şagird-şagird və müəllim-şagird dialoqlarından istifadənin çox güclü perspektivləri var. 

İkinci mühüm nəticə isə bu qarşılıqlı münasibətlərdə xarici dil müəlliminin peşə hazırlığı idi. Sinifdə ixtisas hazırlığının səviyyəsinin peşə hazırlığına təsiri, sosial-psixoloji təsbit formasıdır. Akademik K.Abdulla səriştəli peşə sahibinin formalaşmasının sosial-pedaqoji aspektinin məzmunlu şərhini verdi və onun formalaşdırılmasında ali məktəbin perspektivlərini konfrans iştirakçıları qarşısında sərgilədi. 

Xarici dilin tədrisinin psixoloji və pedaqoji aspektləri barədə söhbət açan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə şagird şəxsiyyətinin formalaşmasında şagirdin pedaqoji fəallığının nəticəsi kimi mənimsəmənin effektivliyinin modellərinin əlçatan variantlarının geniş müzakirəsini təşkil etdi. 

ADU-nun professor-müəllim heyəti 2 gün müddətində Qax, Balakən, Zaqatala məktəblərində şagirdlərin iştirakı ilə yarışlar təşkil etdi, onlara həvəsləndirici mükafatlar, hədiyyələr payladılar. 

Universitet + orta məktəb = məzun hazırlığının təhlili göstərdi ki, bu qarşılıqlı pedaqoji münasibətlər - müasir təhsil yanaşması aktual bir yanaşmadır, bu proses biliyin mənimsənilməsi ilə paralel peşə səriştəsinin formalaşmasının ən optimal nəzəri-praktik müstəvisidir.

 Misgər MƏMMƏDOV,
Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dillər Universiteti HİK-nın sədri

1 /5

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.