Bütün xəbərlər
23 oktyabr, 16:08

Çin Xalq Respublikasının “Ruipan Beynəlxalq Təhsil Texnologiyaları” (“Beijing Ruipan International Education Technology”) şirkətinin nümayəndələri Bakı Mühəndislik Universitetində (BMU) olublar.

BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, qonaqlarla görüşdə rektor Yaqub Piriyev Azərbaycanla Çin arasında əlaqələrin tarixinə toxunub, əməkdaşlığın genişlənməsi və inkişafının iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verdiyini, sülhə, sabitliyə, sosial-iqtisadi, mədəni tərəqqiyə xidmət etdiyini vurğulayıb. Rektor ölkələrimiz arasında təhsil sahəsində həyata keçirilən layihələri, xüsusilə Hökumətlərarası Təqaüd Proqramının əhəmiyyətini vurğulayaraq, proqramın Azərbaycan və Çin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində istədikləri ixtisas üzrə təhsil almaq imkanı yaratdığını söyləyib.

Yaqub Piriyev sonra BMU-nun maddi-texniki bazası, akademik heyəti, müasir laboratoriyaları, tədris olunan ixtisaslar barədə ətraflı bəhs edib, universitetin son illər genişlənən beynəlxalq əlaqələrinin müsbət təsirlərini vurğulayıb.

Öz növbəsində, “Beijing Rupian International Education Technology” haqqında məlumat verən şirkətin direktoru xanım Li Xin Pekin şəhərində yerləşən şirkətin güclü maddi-texniki bazaya malik Çin universitetləri ilə dünya ölkələrinin ali təhsil ocaqları arasında əməkdaşlıq yaratdığını, eləcə də e-öyrənmə, onlayn kurslar, təhsil resursları, müxtəlif texnoloji alətlərin inkişafı istiqamətində fəaliyyət göstərdiyini deyib. Əlavə edib ki, şirkət tələbələr üçün birgə beynəlxalq proqramlar həyata keçirir, qış və yay düşərgələri təşkil edir, qarşılıqlı maraq doğuran fənlərarası akademik mübadilələri gerçəkləşdirir, o cümlədən beynəlxalq əməkdaşlıqları gücləndirmək və müxtəlif universitetlərlə əlaqələrin inkişafı məqsədilə çeşidli layihələrdə iştirak edir.

Görüş zamanı informasiya texnologiyaları (IT) ixtisaslarında təhsil alan tələbələrin qarşılıqlı tədrisə göndərilməsi, eləcə də BMU tələbələrinin Çində müvafiq ixtisaslar üzrə təcrübəyə cəlb olunması, habelə çinli tələbələrin yay məktəblərinin tanışlıq məqsədilə Azərbaycanda təşkili məsələləri müzakirə edilib. Həmçinin müəllimlərin qarşılıqlı səfərlərinin təşkili nəzərdən keçirilib, builki tədris ilinin ikinci semestrində çinli müəllimlərin BMU-da IT üzrə dərslərə cəlb olunmalarına dair ilkin razılıq əldə edilib.

1 /2

Şərhlər

Xəbər lenti

28 iyun, 10:55

Məktəblilərimiz Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında uğur qazanıblar

27 iyun, 23:02

Müəllimlərin işə qəbulu müsabiqəsinin vaxtları AÇIQLANDI

27 iyun, 20:44

Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb

27 iyun, 10:21

Sertifikasiyada könüllü iştirak edib yüksək bal topladılar

27 iyun, 09:42

Ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb

27 iyun, 09:39

BSU-da “Məzun günü” tədbiri keçirilib

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.