
Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələrindən ibarət komada Bakı Konqres Mərkəzində keçirilən “EduHack 2025” beynəlxalq təhsil texnologiyaları hakatonunda uğur qazanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Bakı Avrasiya Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Niğde Teknoparkı”nın birgə təşkilatçılığı ilə keçirilən hakaton təhsil sahəsində innovativ texnoloji həllərin hazırlanmasını təşviq etmək və gənc tədqiqatçıları, startap komandalarını bir araya gətirmək məqsədi daşıyıb.
Ümumilikdə 12 komandanın qatıldığı hakatonda BMU, UNEC, UFAZ, BANM, AZTU və digər ali təhsil müəssisələrinin tələbələri çıxış ediblər.
Hakatonda BMU-İNHA İDP tələbələri – Türkanə Bağışova ("Elektronika mühəndisliyi", 2-ci kurs), Rauf Cəlilov ("İnformasiya texnologiyaları", 2-ci kurs), Qurban Bənnayev ("İnformasiya texnologiyaları", 2-ci kurs), Toğrul Abdulladan ("İnformasiya texnologiyaları", 2-ci kurs) ibarət “RQ Tech” komandasının “KIRPIGO” adlı layihəsi III yerin qalibi olub.
“KIRPIGO” tələbələrin dil imtahanlarına hazırlıq formasını dəyişməyi irəli sürən, öyrənməni yalnız strukturlaşdırılmış suallarla deyil, eyni zamanda əyləncəli faktlar və zarafatlar vasitəsilə dəstəkləyən, o cümlədən tələbələrə daha interaktiv, motivasiyaedici bir təcrübə təqdim edən layihədir.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər