
Botanika İnstitutunun Eksperimental botanika şöbəsində Xəzər Universitetinin tələbələri üçün laboratoriya dərsi keçirilib.
İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, biologiya ixtisası üzrə 3-cü kurs tələbələri üçün təşkil olunan dərsin məqsədi tələbələrə laboratoriya şəraitində müşahidə və tədqiqat aparmaq, onları müasir texnologiyalarla və digər yeniliklərlə tanış etmək, elmi araşdırma mərhələlərini öyrətmək olub.
Şöbənin elmi işçisi Fidan Ələskərova tələbələrə bitkinin rizosferindən toplanmış torpaq nümunələrində ph və EC (elektrikkeçiriciliyi) təyini, bitkinin cücərdilməsi üçün lazım olan müxtəlif qidalı mühitin hazırlanması üsulları, toxumların cücərmə enerjisi və cücərmə faizinin ölçülmə qaydaları, eyni zamanda bitki nümunələrində ümumi, zülali və qeyri-zülali azotun təyini metodlarını izah edib.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər