Bütün xəbərlər
28 mart, 12:38

“Bu gün innovasiya fəaliyyətinə xüsusi diqqət yetirilməlidir. Elmi-texniki fəaliyyətin prioritetləri, elmin maliyyələşdirilməsinin forma və mexanizmləri dəyişməli, elmi-texniki məhsul bazarının strukturu təkmilləşdirilməli və onun coğrafiyası genişləndirilməlidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Sumqayıt Dövlət Unversitetinin rektoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov sosial hesabındakı paylaşımında qeyd edib. 

Onun sözlərinə görə, elmi-texniki işləmələrin realizə olunmasının mexanizmləri ölkəmizdə elan olunmuş sosial yönümlü bazar iqtisadiyyatının formalaşmasına köklənməlidir. Bu mexanizmlərin toplusu onilliklərlə dövlət himayəsi altında inkişaf edən elmi-tədqiqat institutlarının və konstruktor-texnologiya təşkilatlarının tətbiqi sistemini əvəz edəcək innovasiya siyasətinin mahiyyətini təşkil etməlidir: “Birinci növbədə aldığımız nəticələri «özəlləşdirməliyik», yəni müəllif hüquqlarını təsdiqləyən sənədləri almalıyıq. Sonra elmi nəticələrimizin əmtəə şəklinə salınıb  bazara çıxarılmasını təmin etməyə çalışmalıyıq”.

Ə.Sadıqov əlavə edib ki, elmi-tədqiqatların müvəffəqiyyətlə aparılması üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanması çox vacib məsələdir. Bu sahədə də bir sıra problemlər var və bu problemlər çoxsaylı faktorlardan asılıdır: "Yüksəkixtisaslı mütəxəssislərə tələbatın elmi əsaslandırılmış proqnozu olmalıdır. Proqnozların yaradılması çoxparametrli, kompleks bir məsələ olub bütün sahələrin və nazirliklərin, habelə cəmiyyətin bütün təbəqələrinin maraqlarına toxunur. Belə ki, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması uzunmüddətli və baha başa gələn prosesdir. Konkret mütəxəssisdən fayda 30-40 illik təhsil və elmi fəaliyyətdən sonra meydana gəlir. Ona görə də yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üzrə sahələrarası əlaqələndirmə işinin lazımi səviyyədə qurulmasına böyük ehtiyac var”.

Professor bunu da qeyd edib ki, hər bir alim elmin populyarlaşdırılmasının vacibliyini və onun öz fəaliyyətinin bir hissəsi olduğunu unutmamalıdır. Həqiqi alimlər elmi biliklərin təbliğini, xalqın maariflənməsini həmişə özlərinin bilavasitə vəzifəsi və borcu hesab etməlidirlər. Bu, öz növbəsində “yalançı elm”lə məşğul olanların və onu yayaraq təbliğ edənlərin qarşına sədd çəkə bilər”.

Ə.Sadıqov hesab edir ki, elmi biliklərin populyarlaşması gənclərin elmi-tədqiqat işlərinə cəlb olunmasında mühüm rol oynaya bilər. Ölkənin sabahkı elmi potensialı bu gün elmə kimin gəlməsindən asılıdır və hər bir dövlətin qüdrətini məhz o müəyyən edir.

Elmin olduqca faydalı fəaliyyət növü və biliklərin yayılması sistemi kimi populyarlaşması təkcə kitabların, jurnalların və digər vasitələrin nəşri deyil. Elmi-populyar kino, elmi mövzularda radio və televiziya proqramları kütləvi auditoriyaya kitablardan, məqalələrdən və jurnallardan az təsir göstərməz. Amma “elmin populyarlaşması” anlayışı bununla da tükənmir. Bura həm də şifahi və əyani populyarlaşdırma - elmi-kütləvi tədbirlər, sərgilərin təşkili, muzey işi və s. daxildir.

Elmi informasiya və elmin populyarlaşması getdikcə daha çox təmas nöqtələri tapır. Elmi-texnoloji tərəqqi son onilliklərdə elmi-populyar əsərlərin mövzusunu genişləndirməklə yanaşı, bu ədəbiyyatın yeni növlərinin yaranmasını diqtə edir. İlk növbədə, elmin nailiyyətlərini təbliğ edən, yeni kəşflərin mənasını, onların ictimai nəticələrini üzə çıxaran yeni ədəbiyyat meydana gəlməlidir:”Bizə peşəkar alimlərlə bərabər elmi, onun ideya və metodlarını, meyillərini, gücünü bilən, elmi proqramları və prioritetləri qiymətləndirməyi bacaran daha çox mütəxəssislər lazımdır. Elmi jurnalistikanın və elmi publisistikanın daha da inkişaf etdirilməsi, elmi-kütləvi nəşrlərdə çalışan mütəxəssislərin müasir informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə edilməklə bacarıq və peşə hazırlıqlarının təkmilləşdirilməsi məqsədəuyğun olardı. Həqiqi və keyfiyyətli elmi məlumat özü elmin bir zərrəciyidir.

Ümid edirəm ki, ölkəmizin elm və ali təhsil müəssisələrində çalışan alimlər, həmçinin ictimai-siyasi xadimlər ölkəmizdə elmin və təhsilin vahid konsepsiya üzrə inkişaf etməsinə dair müzakirələrdə obyektiv mövqe ortaya qoyacaq və məqsədyönlü fəaliyyət göstərəcəklər. Bu da öz növbəsində elm haqqında yanlış təşəvvürlərin aradan qalxmasına və onun cəmiyyətin həyatındakı əsl rolunu göstərməyə əhəmiyyətli dərəcədə kömək edəcək”.

Şərhlər

Xəbər lenti

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

13 oktyabr, 12:10

Naxçıvanda Çin ilə əməkdaşlıq çərçivəsində data mərkəzi açılacaq

13 oktyabr, 11:40

Azərbaycan müəllimləri süni intellektdən istifadəyə görə OECD ölkələrini qabaqlayırlar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.