
Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev tərəfindən tələbələrin uğurlarını stimullaşdırmaq və onların akademik inkişafına dəstək göstərmək məqsədilə təsis edilən daxili təqaüd proqramlarının qaliblərinin adı açıqlanıb və onlar üçün daha bir imkan yaradılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Yeni dövrün gəncliyi” daxili təqaüd proqramı, “Regionlardan qəbul olunan qızlar üçün təqaüd proqramı” və “Oğlan tələbələr üçün təqaüd proqramı”nın qalibləri 200 AZN məbləğində təqaüd qazanmaqla yanaşı, yüksək akademik göstəricilərinə sahib olduqları halda, 2025–2026-cı tədris ilində BSU-nun xarici ölkə universitetləri ilə əməkdaşlığı çərçivəsində təşkil olunacaq beynəlxalq mübadilə proqramlarında birbaşa iştirak hüququ əldə ediblər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər