Bütün xəbərlər
3 fevral, 09:59

Fevralın 1-də Bakı Slavyan Universitetinin (BSU) 2024-2025-ci illər üzrə fəaliyyət planına uyğun olaraq Strateji inkişaf planı (SİP) və 2025-ci il üçün strateji hədəflərinin müzakirəsi təşkil edilib.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, fakültə əməkdaşları və tələbə nümayəndələrinin iştirak etdiyi tədbirdə BSU-nun rektoru Anar Nağıyev təqdimatla çıxış edərək 2025-ci il üçün müəyyənləşdirilmiş fəaliyyət planının istiqamətlərini təqdim edib.

Rektor təqdimatında səriştə əsaslı təhsil proqramlarından, məzmun və tədqiqat, ömürboyu öyrənmə və fasiləsiz təhsil imkanlarından danışaraq rəqəmsal transformasiya istiqamətində görülmüş işləri qeyd edib. Anar Nağıyev təhsilin beynəlmiləlləşdirilməsi, elm və tədqiqat istiqamətində planlaşdırılma, tədris və öyrənmə prosesinin BSU-nun elmi ehtiyaclarının əsasında təşkil ediləcəyini, onun beynəlmiləlliyi kontekstində inkişafı və birgə beynəlxalq tədqiqatların həyata keçirilməsini qeyd edərək universitetin keyfiyyət təminatı və resursların inkişafından danışıb. Rektor əmək bazarı ilə əlaqəliliyin artırılmasını vurğulayaraq universitetin SİP-in müəyyən etdiyi orta və uzunmüddətli inkişaf hədəflərinə nail olmaq üçün 2025-ci il üzrə fəaliyyət planının əsas addımlarını qeyd edib.

Yüksək Təhsil Mərkəzinin direktoru Ülviyyə Məmmədova təqdimatla çıxış edərək elmi-tədqiqatlardan və innovasiya potensialının artırılması istiqamətində danışaraq bu məqsədlə yaxın gələcəkdə müvafiq infosessiyanın təşkil ediləcəyini bildirib. 
Ü.Məmmədova SİP-də nəzərdə tutulan 2025-ci il üçün fəaliyyət planından danışaraq həmkarların suallarını cavablandırıb.

Tədbirdə BSU-nun Maliyyə və təsərrüfat işləri üzrə prorektoru Elçin Hüseynov təhsilin maliyyəşməsi və keyfiyyətin təminatı, diferensial əməkhaqqı sistemindən, infastrukturun müasirləşdirilməsi və resursların inkişafından danışıb.

SİP-nin əsas istiqamətlərini təşkil edən tədbirdə geniş və məhsuldar müzakirələr aparılaraq bir çox maraqlı təklif və qeydlər toplanıb.

Daha sonra universitet əməkdaşları arasında komanda ruhunun və işinin gücləndirilməsi çərçivəsində keçirilən tədbir (teambuilding) fakültə əməkdaşları və tələbə nümayəndələrinin iştirakı ilə “Fibonacchi” intellektual oyununun keçirilməsi ilə yekunlaşdı.

1 /11

Şərhlər

Xəbər lenti

18 sentyabr, 16:36

Milli musiqimizin əvəzsiz siması…

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.