Bütün xəbərlər
19 fevral, 09:26

“İnklüziv təhsil həftəsi” çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbə və müəllim heyəti, eləcə də Autizm Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqları STEAM İnnovasiya Mərkəzində ekskursiyada olublar.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, ekskursiya çərçivəsində iştirakçılar mərkəzin aviasiya sahəsi, klassik Nyuton və “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram” və VR (Virtual Reallıq) zonaları ilə yaxından tanış olublar. Mərkəzin bələdçiləri tərəfindən təqdim edilən geniş və ətraflı məlumatlar iştirakçılarda böyük maraq və müsbət təəssürat yaradıb.

Tədbir zamanı STEAM İnnovasiya Mərkəzinin əsas məqsədinin təhsilalanların potensialını və maraqlarını cəmiyyətin inkişafına yönəltmək, tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək və elmə maraq yaratmaq olduğu vurğulanıb. Mərkəzin nümayəndələri inklüziv mühitin yaradılmasının hər bir uşağın, o cümlədən xüsusi qayğıya ehtiyacı olan fərdlərin innovativ və yaradıcı fəaliyyətlərə cəlb olunmasına imkan verdiyini xüsusi qeyd ediblər.

Qeyd edək ki, STEAM İnnovasiya Mərkəzinin yaradılması ölkəmizdə elm və təhsil sahəsində müasir texnologiyaların tətbiqi, tədrisin yeni metodlarla zənginləşdirilməsi və gənc nəslin elmi potensialının üzə çıxarılması istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələrindən biridir. Bu cür tədbirlərin təşkili inklüziv təhsilin cəmiyyətin bütün sahələrində tətbiqinə dəstək olmaqla sosial inteqrasiyanı gücləndirməyə xidmət edir.

1 /7

Şərhlər

Xəbər lenti

27 avqust, 09:49

Ağdərəyə köçən şagirdlərin valideynləri ilə görüş keçirilib  

27 avqust, 09:40

“Təhlükəsiz idarəetmə” adlı beynəlxalq təlimə start verilib

27 avqust, 09:27

EATDA ilə BMU nümayəndə heyəti arasında görüş keçirilib

27 avqust, 09:25

Nazir müavini Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

27 avqust, 09:18

BSU “Elmi əsərlər” jurnalının yubiley nömrəsi üçün məqalə qəbulu elan edir

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.