Bütün xəbərlər
15 oktyabr, 13:40

Azərbaycan Prezidenti İlham Əliyev 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncam ölkə rəhbərliyinin istedadlı və zəhmətkeş gənclərə verdiyi dəyərin bir nümunəsidir.
Sərəncama əsasən, 102 tələbə bu yüksək mükafata layiq görülüb. Mükafat alan tələbələrin arasında Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin 3 məzunu da var.  

“Azərbaycan müəllimi” bu üç gənclə həmsöhbət olaraq onların təəssüratlarını öyrənib. Bu gənclərin hekayələri həm əzm, həm də gələcəyə olan inamın nümunəsidir.

“Gələcəkdə daha əzmlə çalışacağıma söz verirəm”

Astara rayonu Ərçivan qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Əliəkbər Ağayev bu il 697 balla Azərbaycan Tibb Universitetinə qəbul olub. 7-ci sinifdən respublika fənn müsabiqələrində iştirak edən və onun qızıl medalçısı olan Əliəkbər 2025-ci ildə respublika fənn olimpiadalarında biologiya üzrə bürünc medal qazanıb. Gələcəkdə ümumi cərrah olmaq istəyən gəncin hədəfi ölkənin deyil, dünyanın ən bacarıqlı və savadlı həkimlərindən biri olmaqdır. Əliəkbər asudə vaxtlarında peşəsi ilə bağlı araşdırmalar aparır, ixtisasına uyğun əlavə kitablar oxuyur, futbol və şahmatla məşğul olur, xarici dilləri mükəmməl öyrənməyə çalışır. Əliəkbər deyir ki, Prezident təqaüdünə layiq görülmək onu həm sevindirib, həm də məsuliyyətini artırıb: “Prezident təqaüdünə layiq görülmək zəhmətimizə verilən dəyərdir. Həm də böyük məsuliyyətdir. Bunu hiss edirəm və gələcəkdə daha əzmlə çalışacağıma söz verirəm. Ölkəmizin savadlı, bilikli, istedadlı gənclərinə önəm verildiyini görmək mənim üçün böyük motivasiya oldu”.

“Bu, üzərimdəki məsuliyyəti daha da artırır”

Lənkəran şəhəri Xarici dillər təmayüllü gimnaziyanın məzunu olan Fizuli Həsənov 693,5 balla Azərbaycan Tibb Universitetinə qəbul olub. Respublika fənn olimpiadalarında biologiya üzrə gümüş medal qazanan Fizuli həmçinin “Əlaçı” verilişinin qalibidir. Onun da məqsədi savadlı həkim olmaqdır. Dərslərlə yanaşı, asudə vaxtlarında şahmat oynayan, futbol izləyən gənc Prezident təqaüdünü həm xoş hiss, həm də əlavə məsuliyyət kimi qiymətləndirir: “Prezident təqaüdünə layiq görülmək çox xoş duyğudur. Bu mənim üzərimdəki məsuliyyəti daha da artırır və daha çox çalışmalı olduğumu xatırladır”.

“Ailəm, xüsusilə babam və nənələrim çox sevindilər”

Masallı rayonu Həsənli kənd tam orta məktəbini bitirən Zəhra Ramizli isə 684,4 balla Bakı Dövlət Universitetinə daxil olub. “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alır. Gələcəkdə peşəkar hüquqşünas olmaq istəyən Zəhra asudə vaxtlarını musiqi ilə məşğul olmaqla və ailəsi ilə dəyərləndirir. Piano və gitara ilə məşğul olur, rəsm çəkməyi sevir. Təqaüdün onu həm sevindirdiyini, həm də motivasiya etdiyini bildirir: “Təqaüdə layiq görülmək mənim üçün çox sevindirici oldu. Ailəm, xüsusilə babam və nənələrim çox sevindilər. Onları qürurlandırmaq mənim üçün çox dəyərlidir. Eyni zamanda dərslərimə qarşı daha çox ruhlandırır, bu məni daha yaxşı oxumağım üçün motivasiyadır. Tələbələrə bu cür diqqət ayıran və məni də bu dəyərə layiq görən hər kəsə çox təşəkkür edirəm”.

Bu gənclərin hekayələri göstərir ki, zəhmət, məsuliyyət və əzmkarlıq birləşdikdə hər bir uğur daha dəyərli və mənalı olur. Prezident təqaüdü isə gənclərin qarşısına qoyulan məqsədlərə daha inamla çatmaq üçün verilən ən böyük motivasiyalardan biridir.

Şərhlər

Xəbər lenti

15 oktyabr, 16:18

“Məktəblilər arasında respublika çempionatı”nın atletika mərhələsi davam edir

15 oktyabr, 16:15

“Parla” proqramından 27 qız məzun olub

15 oktyabr, 16:00

Nüfuzlu jurnallarda məqalə dərc etmək daha asan oldu: Yeni platforma nə vəd edir?

15 oktyabr, 16:00

LDU-nun baytarlıq klinikasının tikintisi yekunlaşır

15 oktyabr, 15:45

NDU-da Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi açılıb

15 oktyabr, 15:42

Azərbaycan ilə Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

15 oktyabr, 15:31

BMU Malayziya universiteti ilə əməkdaşlığa başlayır

15 oktyabr, 15:17

UNEC-də narkomaniya ilə bağlı maarifləndirici görüş keçirilib

15 oktyabr, 14:25

İbtidai siniflər: Uşaqlar üçün ideal öyrənmə mühiti necə olmalıdır?

15 oktyabr, 14:12

Fənnini yaxşı bilən müəllimin ünsiyyət bacarığı yoxdursa, tədrisdə boşluqlar yaranır - Təcrübəli pedaqoq 

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

15 oktyabr, 12:50

Sözün zirvəsinə boy verən şair…

15 oktyabr, 12:42

Məktəbəhazırlıq qrupları və I siniflərin yerdəyişməsi bu tarixdən aparılacaq

15 oktyabr, 12:36

Nobel laureatı: “Məəttəl qalmışam…”

15 oktyabr, 12:25

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi başa çatır

15 oktyabr, 12:07

Xarici tələbələr Azərbaycan ərazilərini ziyarət ediblər

15 oktyabr, 11:32

AzMİU-da tələbələrə narkotik vasitələrin zərərləri barədə məlumat verilib

15 oktyabr, 10:52

“Rəqəmsal məktəb” layihəsinin beynəlxalq sərgidə təqdimatı olub

15 oktyabr, 10:40

Uşaq bağçada da televizora baxacaqsa, ora niyə gedir?

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.