Bütün xəbərlər
15 oktyabr, 12:36

2025-ci il oktyabrın 7-də fzika üzrə Nobel mükafatına layiq görülən Con Klark (John Clarke) mükafat elan olunduqdan qısa müddət sonra baş tutan bu müsahibədə hələ də xəbərin təsirindən çıxa bilmədiyini deyir. Nobel Mükafatları Komitəsinin rəsmi www.nobelprize.org saytının elmi redaktoru Adam Smitə verdiyi eksklüziv müsahibədə alim təxminən 40 il əvvəl Kaliforniyanın Berkli şəhərindəki laboratoriyada birlikdə çalışdığı həmkarları – Con Martinis (John Martinis) və Mişel Devoreni (Michel Devoret) yüksək qiymətləndirir. C.Klark o dövrdəki saysız müzakirələri və sonda Nobel mükafatına layiq görülən kəşflərə gətirib çıxaran genişmiqyaslı elmi işlərini xatırlayır.

“Azərbaycan müəllimi” müsahibəni oxucuları ilə bölüşür:

Adam Smit: Salam, professor Klark. Mən Adam Smitəm. Təəssüf edirəm ki, sizi elə Kral Elmlər Akademiyasındakı mətbuat konfransından dərhal sonra narahat edirəm.

Con Klark: Bəli, düşünürəm ki, bu gün çox məşğul bir gün olacaq. 

Adam Smit: Çox təşəkkür edirəm və sizi bu mükafat münasibətilə ürəkdən təbrik edirəm. Mükafat xəbəri təzə ikən, bu barədə nə hiss edirsiniz?

Con Klark: Nə deyə bilərəm ki? Məəttəl qalmışam. Çox xoşbəxt və məmnunam ki, Con Martinis və Mişel Devore bu mükafatı mənimlə birgə bölüşdülər. Bu mükafatı onların ikisi olmadan qəbul etməyi ağlıma belə gətirə bilməzdim. Bu, tamamilə mümkünsüz olardı. Aydındır ki, Nobel Komitəsi də bunu tam şəkildə dərk edirdi.

Adam Smit: Bu mükafat bizi 40 il əvvələ – Berkli laboratoriyanıza aparır. O zaman Mişel Devore postdoktorant idi, Con Martinis isə doktorant tələbə idi.

Con Klark: Tamamilə doğrudur.

Adam Smit: O dövrdəki təcrübələri və zamanın ab-havasını necə xatırlayırsınız?

Con Klark: Əvvəla, demək istərdim ki, belə parlaq insanlarla işləmək imkanına sahib olduğum üçün hər zaman özümü çox şanslı hiss etmişəm. Deyildiyi kimi, Mişel postdoktorant idi, Con Martinis isə magistratura tələbəsi. Nə deyə bilərəm? Onlar bir çox şeyi dərk edirdilər. Biz çoxsaylı müzakirələr aparmışdıq. Sadəcə bir neçə saatlıq yox, bir neçə günlük davam edən müzakirələr... Bu işi tamamlamaq bizə, indi dəqiq xatırlamıram, amma həqiqətən çox uzun vaxt apardı.

Adam Smit: Bəzən elə olur, deyilmi? Elə bir uyğun insan qrupu bir araya gəlir ki, hər şey işləməyə başlayır.

Con Klark: Tamamilə doğrudur. Açıq deyim ki, bu işlərin heç biri onların ikisi olmadan baş tutmazdı. Onlar sadəcə parlaq insanlar idilər və hələ də elədirlər.

Adam Smit: Sizin üçlüyünüz açıq-aşkar sehrli bir kombinasiyadır. Mətbuat konfransında da digər laureatları – Brayan Cozefson və Antoni Leccettini qeyd etdiniz. Elmdə irəliləyiş bəzən sadəcə bir-birini qığılcımlandıran insanları tapmaqdan ibarətdir, elə deyilmi?

Con Klark: Bəli. Mən Brayan Cozefsonla birgə doktorant olmuşam. O, məndən iki il öndə idi. Bu sahə ilə məşğul olmağa başlayanda biz bir-birimizi çox yaxından tanımağa başladıq. Həmişə İngiltərənin Kembric şəhərində yaşamışdı və hələ də orada yaşayır. Antoni Leccettini də yaxşı tanıyıram, amma Brayan Cozefsonun mənə təsiri çox böyük olmuşdu. Sonradan biz hər ikimiz Brayan Pippardın Brayan Pippardın rəhbərliyi altında çalışdıq. Onun da karyerama təsiri çox böyük olmuşdu. Həm də çox mehriban bir insan idi. Onu da çox yaxşı tanıyırdım.

Adam Smit: Bəli, Brayan Cozefson bu gün də insanları düşündürməyə və onları çətin suallarla üzləşdirməyə davam edir.

Con Klark: Bəli.

Adam Smit: O təcrübələri etdiyiniz zaman, makroskopik kvant tunelini nümayiş etdirməyin əhəmiyyətinin fərqində idinizmi?

Con Klark: Düşünürəm ki, müəyyən qədər fərqində idik. Yadımdadır, bu işlə bağlı təqdimat vermək üçün müxtəlif konfranslara dəvət olunurduq. İnsanların etdiyimiz işi yüksək qiymətləndirdiyi bizim üçün aydın idi. Amma bu kəşfin sonrakı 40 il ərzində bu qədər davamlı əhəmiyyət daşıyacağını, açığı, heç ağlımıza da gətirməzdik.

Adam Smit: Çox gözəl. Sizinlə danışmaq böyük zövq verdi. Sizə çox təşəkkür edirəm.

Con Klark: Mən də sizə təşəkkür edirəm. Sizinlə danışmaq mənim üçün də xoş idi.

Adam Smit: Qarşıdakı bu çox məşğul gününüzdə sizə uğurlar arzulayıram.

Con Klark: Oldu. Sizinlə danışmaq xoş idi və bir daha təşəkkür edirəm.

Adam Smit: Təşəkkürlər. Sağ olun.

Şərhlər

Xəbər lenti

15 oktyabr, 15:31

BMU Malayziya universiteti ilə əməkdaşlığa başlayır

15 oktyabr, 15:17

UNEC-də narkomaniya ilə bağlı maarifləndirici görüş keçirilib

15 oktyabr, 14:25

İbtidai siniflər: Uşaqlar üçün ideal öyrənmə mühiti necə olmalıdır?

15 oktyabr, 14:12

Fənnini yaxşı bilən müəllim ünsiyyət bacarığı yoxdursa, tədrisdə boşluqlar yaranır - Təcrübəli pedaqoq 

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

15 oktyabr, 13:40

Dünyanın ən savadlı həkimlərindən biri olmaq istəyirəm – Prezident təqaüdçülərinin hədəfləri

15 oktyabr, 12:50

Sözün zirvəsinə boy verən şair…

15 oktyabr, 12:42

Məktəbəhazırlıq qrupları və I siniflərin yerdəyişməsi bu tarixdən aparılacaq

15 oktyabr, 12:25

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi başa çatır

15 oktyabr, 12:07

Xarici tələbələr Azərbaycan ərazilərini ziyarət ediblər

15 oktyabr, 11:32

AzMİU-da tələbələrə narkotik vasitələrin zərərləri barədə məlumat verilib

15 oktyabr, 10:52

“Rəqəmsal məktəb” layihəsinin beynəlxalq sərgidə təqdimatı olub

15 oktyabr, 10:40

Uşaq bağçada da televizora baxacaqsa, ora niyə gedir?

15 oktyabr, 10:30

Bu gün Xudu Məmmədovun anım günüdür

15 oktyabr, 10:03

BMU tələbəsi “TurkicSkills 2025”də qalib olub

15 oktyabr, 09:42

Qızı ilə sinif yoldaşı olan ana attestat aldı

14 oktyabr, 18:33

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.