
Almaniyanın Yustus Libix Gissen Universitetinin təcrübə keçmək üçün 1 ay müddətinə Azərbaycana, Coğrafiya İnstitutuna ezam edilmiş tələbələri Abşeronun Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu və Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər.
Bu barədə “Azərbaycan müəllimi”nə Coğrafiya İnstitutundan məlumat verilib.
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin elmi işçisi Bəyimxanım Hüseynovanın müşayiəti ilə baş tutan səfər hər iki elmi müəssisə arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən təşkil edilib.
Əcnəbi tələbələr Azərbaycanın ən böyük vulkanı olan Torağay və qoruq ərazisində yerləşən aktiv kiçik palçıq vulkanları ilə tanış olaraq onların tarixi, tərkibi, müalicə turizmi məqsədilə istifadəsi haqqında ətraflı məlumat toplayıblar.
Azərbaycanın şimal-qərb zonasına səfər edən tələbələr təcrübə proqramının davamı olaraq Qəbələ rayonunun Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi, Yeddi gözəl şəlaləsi, Durca kəndi, Vəndam qəsəbəsi, Cümə məscidi, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi və digər yerlərdə olublar.
Tələbələr daha sonra Şəkiyə gedərək Xan Sarayı, Cümə məscidi, Aşağı və Yuxarı Karvansaray, Kiş Alban məbədi və başqa əraziləri ziyarət ediblər. Səfərin son günü İsmayıllı Dövlət Təbiət Yasaqlığına ekskursiya ilə yekunlaşıb.
Əcnəbi tələbələr səfər etdikləri ərazilər haqqında materiallar toplayaraq onları sistemləşdiriblər.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər