Bütün xəbərlər
15 oktyabr, 10:52

Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq “GITEX Global 2025” sərgisi çərçivəsində “Rəqəmsal məktəb” platformasının təqdimatı olub. Təqdimatla çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov sərgi iştirakçılarına süni intellekt istiqamətində “Rəqəmsal məktəb” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Rəqəmsal məktəb” platformasında tətbiq edilən “Rəqəmsal köməkçi” həlli Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkətinin tərəfdaşlığı əsasında həyata keçirilir. Təhsilin keyfiyyətini və əlçatanlığını artırmaq məqsədi daşıyan bu innovativ layihə şagird və müəllimlər üçün nəzərdə tutulub. Layihə çərçivəsində yaradılmış süni intellekt köməkçiləri – “Rəqəmsal şagird köməkçisi” və “Rəqəmsal müəllim köməkçisi” isifadəçilərə fərdiləşdirilmiş dəstək təqdim edir.

• “Rəqəmsal şagird köməkçisi” şagird və valideynlər üçün nəzərdə tutulub. Fənlər üzrə suallara cavab verir, mövzuların izahında kömək edir və öyrənmə prosesində interaktiv və dostyana yanaşma nümayiş etdirir.
• “Rəqəmsal müəllim köməkçisi” isə milli kurikulumla uyğunlaşdırılmış gündəlik dərs planları hazırlayır, müxtəlif çətinlik səviyyələrinə uyğun test və açıq suallar yaradır, həmçinin şagird cavablarını qiymətləndirir.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında 2025-ci ilin sentyabrında imzalanmış Anlaşma Memorandumu əsasında həyata keçirilən bu layihə Azərbaycanın Generativ Süni İntellekt (GenAI) təşəbbüslərindən biri olmaqla ölkənin təhsil sahəsində innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm mərhələni ifadə edir.

1 /2

Şərhlər

Xəbər lenti

15 oktyabr, 14:25

İbtidai siniflər: Uşaqlar üçün ideal öyrənmə mühiti necə olmalıdır?

15 oktyabr, 14:12

Fənnini yaxşı bilən müəllim ünsiyyət bacarığı yoxdursa, tədrisdə boşluqlar yaranır - Təcrübəli pedaqoq 

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

15 oktyabr, 13:40

Dünyanın ən savadlı həkimlərindən biri olmaq istəyirəm – Prezident təqaüdçülərinin hədəfləri

15 oktyabr, 12:50

Sözün zirvəsinə boy verən şair…

15 oktyabr, 12:42

Məktəbəhazırlıq qrupları və I siniflərin yerdəyişməsi bu tarixdən aparılacaq

15 oktyabr, 12:36

Nobel laureatı: “Məəttəl qalmışam…”

15 oktyabr, 12:25

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi başa çatır

15 oktyabr, 12:07

Xarici tələbələr Azərbaycan ərazilərini ziyarət ediblər

15 oktyabr, 11:32

AzMİU-da tələbələrə narkotik vasitələrin zərərləri barədə məlumat verilib

15 oktyabr, 10:40

Uşaq bağçada da televizora baxacaqsa, ora niyə gedir?

15 oktyabr, 10:30

Bu gün Xudu Məmmədovun anım günüdür

15 oktyabr, 10:03

BMU tələbəsi “TurkicSkills 2025”də qalib olub

15 oktyabr, 09:42

Qızı ilə sinif yoldaşı olan ana attestat aldı

14 oktyabr, 18:33

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.