Bütün xəbərlər
15 oktyabr, 11:32

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə “Narkotik vasitələrin zərərləri və onlardan qorunma yolları” mövzusunda maarifləndirici görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, THİK-in sədri Şahmar Rəfili, müəllim və tələbə heyətinin iştirak etdiyi görüş zamanı narkotik vasitələrin insan orqanizminə, psixoloji vəziyyətə və sosial həyata göstərdiyi mənfi təsirlər barədə geniş məlumat verilib.

Çıxış edən qonaqlar narkotik asılılığının yalnız fərdi deyil, həm də ailə və cəmiyyətə ciddi təhlükə yaratdığını söyləyiblər. Onlar gənclərin bu istiqamətdə maarifləndirilməsinin və sağlam düşüncəyə sahib olmalarının cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını deyiblər.

Tədbir çərçivəsində narkomaniyanın acı nəticələrini əks etdirən qısametrajlı film nümayiş olunub. Real hadisələr əsasında hazırlanan filmdə narkotik vasitələrdən istifadənin insan həyatına gətirdiyi faciəvi nəticələr tələbələr tərəfindən böyük maraqla izlənib.

Vurğulanıb ki, bu cür maarifləndirici tədbirlər gənclərin narkotik vasitələrdən uzaq durması və sağlam həyat tərzinin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir.

1 /4

Şərhlər

Xəbər lenti

15 oktyabr, 14:25

İbtidai siniflər: Uşaqlar üçün ideal öyrənmə mühiti necə olmalıdır?

15 oktyabr, 14:12

Fənnini yaxşı bilən müəllim ünsiyyət bacarığı yoxdursa, tədrisdə boşluqlar yaranır - Təcrübəli pedaqoq 

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

15 oktyabr, 13:40

Dünyanın ən savadlı həkimlərindən biri olmaq istəyirəm – Prezident təqaüdçülərinin hədəfləri

15 oktyabr, 12:50

Sözün zirvəsinə boy verən şair…

15 oktyabr, 12:42

Məktəbəhazırlıq qrupları və I siniflərin yerdəyişməsi bu tarixdən aparılacaq

15 oktyabr, 12:36

Nobel laureatı: “Məəttəl qalmışam…”

15 oktyabr, 12:25

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi başa çatır

15 oktyabr, 12:07

Xarici tələbələr Azərbaycan ərazilərini ziyarət ediblər

15 oktyabr, 10:52

“Rəqəmsal məktəb” layihəsinin beynəlxalq sərgidə təqdimatı olub

15 oktyabr, 10:40

Uşaq bağçada da televizora baxacaqsa, ora niyə gedir?

15 oktyabr, 10:30

Bu gün Xudu Məmmədovun anım günüdür

15 oktyabr, 10:03

BMU tələbəsi “TurkicSkills 2025”də qalib olub

15 oktyabr, 09:42

Qızı ilə sinif yoldaşı olan ana attestat aldı

14 oktyabr, 18:33

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.