Bütün xəbərlər
28 avqust, 09:47

Cənubi Koreyada məktəblərdə dərs saatlarında mobil telefon və ağıllı cihazlardan istifadəyə qadağa qoyulub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, qanun 2026-cı ilin martından qüvvəyə minəcək və bu, ölkəni uşaqlar və yeniyetmələr arasında telefon istifadəsini məhdudlaşdıran dövlətlər sırasına daxil edəcək.

Yeni qanun smartfon asılılığına qarşı mübarizə məqsədilə qəbul edilib. Deputatlar, müəllimlər və valideynlər bildirirlər ki, telefonlardan həddindən artıq istifadə şagirdlərin dərs nailiyyətlərinə mənfi təsir göstərir və onların həm təhsildən, həm də sosial fəaliyyətlərdən yayınmasına səbəb olur. Hökumətin 2024-cü ildə apardığı araşdırmaya görə, ölkə əhalisinin dörddə biri telefondan həddən artıq asılıdır, bu göstərici 10-19 yaş arası qrupda isə 43 faizə çatır.

Qanun dərs vaxtı telefon istifadəsini qadağan etməklə yanaşı, müəllimlərə məktəb ərazisində şagirdlərin telefondan istifadəsini məhdudlaşdırmaq səlahiyyəti verir. Bununla yanaşı, məktəblərə şagirdlərə ağıllı cihazlardan düzgün istifadə qaydaları ilə bağlı maarifləndirmə aparmaq da tapşırılır. Əlilliyi və xüsusi təhsil tələbatı olan şagirdlər, həmçinin təcili hallarda və tədris məqsədilə telefon istifadəsinə icazə veriləcək.

Müəllimlər arasında bu məsələyə münasibət birmənalı deyil. Müəllimlərin bir hissəsi sinifdə mobil telefonların yaratdığı diqqət yayındırıcı halları önləmək baxımından qərarı dəstəkləyir. Digər qrup isə hesab edir ki, qadağa şagirdlərin telefonlara çıxış hüququnu məhdudlaşdırır və problemin kökünə yox, yalnız nəticəsinə toxunur.

Valideynlər də oxşar narahatlıqlar bildirirlər. Bir tərəfdən, onlar uşaqların dərs prosesindən yayınmasından, sosial mediada aqressiv davranışlardan və kiberzorakılıqdan ehtiyat edirlər. Digər tərəfdən, bəzi valideynlər və şagirdlər düşünürlər ki, əsas problem telefonların özündə deyil, ölkədə mövcud olan sərt və rəqabətli təhsil sistemi ilə bağlıdır.

Şagirdlər isə müxtəlif mövqelər sərgiləyirlər. Bəziləri telefonların dərsdə diqqəti yayındırdığını etiraf etsə də, digərləri bildirirlər ki, qadağa real nəticə verməyəcək, çünki uşaqlar dərsdən kənarda – yolda və evdə yenə də telefondan istifadə edəcəklər. Onların fikrincə, telefonların sadəcə qadağan olunması kifayət etmir, məktəblərdə şagirdlərə sağlam rəqəmsal vərdişlərin öyrədilməsi vacibdir.

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.