Bütün xəbərlər
8 avqust, 16:19

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Dərzi” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə praktiki imtahan həyata keçirilib.

Agentlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, adıçəkilən peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanda uğur qazanan namizədlər praktiki imtahan üçün Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə dəvət olunub. 

TKTA nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev, sahə üzrə müstəqil ekspertlər qismində isə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimçi-metodisti Sima Hüseynova və Emal sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimçi-metodisti Sevda Ağayeva iştirak edib.

Qeyd edək ki, praktiki imtahanda uğur qazanan namizədlər “Dərzi” və “Bərbər-vizajist-manikürçü”  peşə ixtisasları üzrə müvafiq sənədlə təltif olunacaq.

Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarına inteqrasiyasına və onların gəlir əldə etmək imkanlarının genişləndirilməsinə, habelə bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və eləcə də peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.

Şərhlər

Xəbər lenti

9 avqust, 18:29

ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər

9 avqust, 18:24

Qalib Liderin diplomatik Zəfəri

9 avqust, 11:19

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib

9 avqust, 11:10

Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalanıb

9 avqust, 11:04

Azərbaycanın və ABŞ-ın prezidentləri, Ermənistanın Baş naziri Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər 

9 avqust, 10:57

Vaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

9 avqust, 10:51

Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqtonda keçirilən görüşə dair paylaşım edib

9 avqust, 10:48

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar

8 avqust, 23:01

“Maarifçi”lər Elm və Təhsil Nazirliyi üçün strateji plan hazırladılar – REPORTAJ 

8 avqust, 22:02

Qrup rəhbəri və ixtisas müəllimi vakansiyası üzrə nəticələr açıqlandı

8 avqust, 19:16

Mikayıl Cabbarov Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru ilə görüşüb

8 avqust, 19:10

Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri AÇIQLANDI

8 avqust, 17:48

Professor Şahbaz Muradov: Hər bir alim elmin davamlı inkişafında fəal iştirak etməlidir

8 avqust, 16:48

Növbəti 10 ildə peşə təhsili alanların sayı 50 minə çata bilər

8 avqust, 16:27

Qarabağın şagirdləri üçün “Yay məktəbi” təşkil edilib

8 avqust, 16:11

Bağça müəllimi: Müasir uşaq yaradıcı müəllim tələb edir

8 avqust, 16:01

9 illik təhsil bazasından kolleclərə qəbul imtahanının nəticələri açıqlandı

8 avqust, 15:55

66 gənc ABŞ-də təhsil alacaq – 44-ü TOP10 universitetlərdə

8 avqust, 14:33

Ceyhun Kərəmov: Bəzi işəgötürənlər süni intellekt bacarıqlarını da tələblər siyahısına daxil edir 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.